Valideynlər üzülür: I sinfə qəbulla bağlı problemlər qurtarmaq bilmir
Şəymən Bayramova
13:50 19.05.2020
Elm və Təhsil
825
I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu zamanı kimlərə üstünlük veriləcəyi açıqlanıb.
Belə ki, Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı valideyni qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayanların, valideyni həmin məktəbdə işləyənlərin, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanların üstünlük hüquqları təmin olunur.
Valideyn şəxsi kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri məktəbə təqdim edib, məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa məktəb seçimi etmək olar.
2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulunun martın 10-dan etibarən başladığını xatırladan təhsil eksperti Kamran Əsədov deyib ki, hələ də bir sıra səbəblərdən övladını qeydiyyatdan keçirə bilməyən valideyinlər var:
"Cari ildə 164234 nəfər 1-ci sinifə dərsə başlayıb, amma hələ də bu imkandan yararlana bilməyənlər var. Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində təhsil alan şagirdlərdən 37789-u Azərbaycan, 9009-u rus bölməsindədir. Amma kifayət qədər rus bölməsi üzrə şagird yer olmadığı üçün dərsə başlaya bilməyib. Digərləri, yəni Azərbaycan bölməsi üzrə təhsil almaq istəyənlər də məhz yer olmadığı üçün dərsə başlaya bilməyib. BŞTİ sistemdə hələ də müraciət edib, qeydiyyatdan keçməyənlər olduğuna görə qeydiyyat müddətini uzatdı. Hətta öz evinin yanındakı məktəbə yer olmadığı üçün qeydiyyatdan keçə bilməyən yüzlərlə şagird var. Digər səbəb isə, xarici ölkələrdə istirahət üçün gedənlərlə bağlıdır. Onlar ölkədə olmadıqları üçün qeydiyaytdan keçə bilməyiblər, rayonlardan paytaxat Bakıya köçənlər var ki, onlar ərazi üzrə qeydiyyata düşmədiyi üçün gecikmələr olub".
K. Əsədovun fikrincə birinci sinfə şagird qəbulunun vaxtının uzadılması hər bir uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədlərinə xidmət edir:
"Əlavə yerləşdirmə siniflərdə şagird sıxlığını artırmamalıdır. Bu zaman siniflərdə şagird sayını nəzərə almaq lazımdır: "Onu da deyim ki, 3 martdan etibarən öklədə tədris prosesin dayanması və məktəblərin bağlanması qeydiuuatdan keçmiş şagirdlərin məktəblərə müvafiq sənədlərini təqdim etməsi lazım idi. Amma bu proses də dayanıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət