
X-XI siniflərdə PROBLEM: Şagirdləri məktəbə qaytarmaq lazımdır - Təhsil eksperti
Yusif Nəzərli
11:57 06.01.2024
Elm və Təhsil
2019
“Orta məktəbin ali məktəblərə qəbulda bir köməyi, faydası yoxdursa, deməli dəyişiklik edilməlidir. İstənilən bir dərs günü X-XI siniflərə gedib monitorinq aparsaq görərik ki sinifdə şagird yoxdur. Valideynlər məktəb direktoru ilə razılaşır, şagird dərsə gəlmir, repititor yanına gedir. Baxmayaraq ki dövlət müəllimin əmək haqqını da, məktəbin xərclərini də şagirdlərin, keçilən dərs saatlarının tam sayına görə ödəyir. Amma şagirdlər məktəbdə yoxdur. Onları əllərndə test kitabçaları küçədə, metroda, avtobusda görürük. Repititor yanında gedirlər”.

Bu sözləri “Sherg.az”a açıqlamasında təhsil eksperti Kamran Əsədov elm və təhsil naziri Emin Əmrullayevin “biz həqiqətən də X-XI siniflərin məzmununa yenidən baxmalıyıq” açıqlamasına cavabında söylədi. Xatırladaq ki, elm və təhsil naziri E.Əmrullayev İTV-yə müsahibəsində bu barədə danışıb və qeyd edib ki, X-XI siniflərin məzmununa yenidən baxılmalıdır:
“Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür? Bu, ali təhsilə hazırlıqdırsa, cəmiyyət bizdən bunu tələb edirsə, biz buna uyğun məzmun hazırlayaq. Biz deyiriksə, on və on birinci siniflər yalnız ali təhsilə hazırlıq deyil, bu, həm də şəxsiyyətin formalaşdığı bir dövrdür, o zaman başqa bir model seçməliyik. Bu istiqamətdə müəyyən ilkin çalışmalar var. İnanıram ki, 2024-cü ilin əsas istiqamətlərindən biri məhz bu olmalıdır”.
K.Əsədov da məzmun dəyişikliyini vacib sayır. Amma bu dəyişiklik necə olmaladır?
- Hazırda 4432 orta məktəbdə 1.6 milyon şagird təhsil alır. Və biz bilirik ki, ali məktəblərə qəbul olmaq, qəbul imtahanlarında daha yaxşı nəticə əldə etmək üçün, xüsusən X-XI sinifdən etibarən şagirdlər repititor yanına və ya hazırlıq kurslarına gedirlər. Ali məktəbə daxil olan 80 minə yaxın şagirdin, demək olar böyük əksəriyyəti orta məktəbdə əldə etdikləri bilik və bacarıqlara deyil, məhz repititor yanında əldə edikləri bilik və bacarıqlar hesabına ali məktəbə daxil olur. Yəni, şagirdlərin əldə etdikləri nailiyyətlər məktəbin deyil, repititorlar və hazırlıq kurslarının nailiyyətidir. E. Əmrullayev qeyd edir ki, buraxılış siniflərinin məzmununa dəyişiklik edilməlidir. Bəli, edilməlidir. İstənilən bir dərs günü X-XI siniflərə gedib monitorinq aparsaq görərik ki sinifdə şagird yoxdur. Valideynlər məktəb direktoru ilə razılaşır, şagird dərsə gəlmir, repititor yanına gedir. Baxmayaraq ki dövlət müəllimin əmək haqqını da, məktəbin xərclərini də şagirdlərin, keçilən dərs saatlarının tam sayına görə ödəyir. Amma şagirdlər məktəbdə yoxdur. Əllərndə test kitabçaları metrodadılar, repititor yanına gedirlər. Orta məktəb proqramı şagirdin ali məktəbə qəbul olmasına kömək göstərmirsə, proqramı dəyişməliyik. Orta məktəb proqramı qəbul proqramına uyğunlaşdırılmalıdır. Hazırda ümumtəhsil məktəblərinin bir çoxunda təmayülləşmə var, amma uyğun dərs vəsaiti yoxdur. Təmayülləşmənin mahiyyət budur ki, şagird seçdiyi istiqamət üzrə öyrənir. Məzmunda yanlışlıq var, çünki tədris proqramı orta məktəb proqramı üçündür. Ali məktəbələrə daxil olmağa kömək etmir. Şagirdlər məktəbə həftənin hansısa günləri, ya KSQ, BSQ yazmaq üçün gəlir. Təklif budur ki, bəlkə, ödənişli əsaslarla xidmət göstərək? Kim məktəbə gəlmək istəmirsə dövlət rüsumu ilə ödənişli əsaslarla xidmət göstərilsin. Kimsə məktəbə gəlmir, amma tam orta təhsil haqqında sənəd almaq istəyir, o zaman ödəniş etsin, alınan vəsait də müəllimlərin sosialvəziyyətinin yaxşılaşmasına yönəlsin. Onsuz da məktəbə gəlmirlər. Adlarını müxtəlif rayon məktəblərinə yazdırırlar. Bu ciddi problemə çevrilib artıq. Məktəbə gəlmirsə, əldə etdiyi biliklər onlara lazım deyilsə, deməli, dəyişiklik etməliyik. Şagirdləri məktəbə qaytarmaq lazımdır. Məzmun dəyiklikliyi şagirdlərin məktəbə qayıtmasına kömək edəcək, repititorların sayının azalmasına təsir göstərəcək, valideynlərin repititorlara xərclədiyi maliyyə itkisinin də qarşını alacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm