"Bəli, nəticədə plan yeri azalacaq və bu da əlbəttə keçid ballarına da təsir edəcək"
Azərbaycan Dövlət Tibb Universitetində bu il plan yerlərinin azaldılacağı xəbərləri yayılıb. Məlumata görə, dövlət sifarişli və ödənişli yerlərin də sayı azaldılacaq. Bu isə qəbul ballarının yüksəlməsinə səbəb olacaq.
Xəbərin nə dərəcədə əsaslı olduğu barədə təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Tibb Universitetində həm dövlət sifarişli, həm də ödənişli yerlər mövcuddur, sadəcə olaraq yüksək bal toplayan abituriyentlər dövlət sifarişli təhsili daha çox seçdiyi üçün mövcud yerləri tuturlar və ödənişli yer qalmır:
- İstisna hal kimi hansısa “x” abituriyent yüksək balla ilk yerə birbaşa ödənişli yazdığı halda ödənişli qəbul olur, amma dövlət sifarişliyə çevrilir. Səbəb topladığı balın dövlət sifarişi üzrə qeydə alınan keçid balından artıq olmasıdır, ona görə avtomatik dövlət sifarişliyə çevrilir. Qaldı ki, plan yerlərinin azalması məsələsinə bu da ATU-da keyfiyyətli tədrisin olmaması və yüksək bal toplayanların sonradan oranı seçməməsi və ya seçdikləri halda təəssüf hissilə xaricə getmək niyyəti, köçürülməyə cəhd və sairlə əlaqədardır. Bundan əlavə bir də Qarabağ Universitetində tibb və sağlamlıq fakültəsinin yaranması da ATU-da plan yerlərinin azalmasına təsir edr. Rəqabət yaranb, bu da ATU-ya ciddi təsir edir. Bəli, nəticədə plan yeri azalacaq və bu da əlbəttə keçid ballarına da təsir edəcək.