Məşhurların sosial şəbəkədəki reklam qiymətləri - Dodaquçuqladan məbləğ...
Məşhurların sosial şəbəkədəki reklam qiymətləri - Dodaquçuqladan məbləğ...
11:00 04.03.2024
Şou
668
Tanınmışların gəlir yerləri sırasına toylardan, filmlərdən əlavə, sosial şəbəkə səhifələri də daxildir. Onlar şəxsi profillərində müxtəlif qiymətə reklamlar yayımlayırlar.
Sherg.az yenisabah.az-a istinadən xəbər verir ki, məşhurlar arasında sorğu apararaq, onların İnstaqramdakı reklam qiymətlərini öyrənib.
Reper Fərid Eminov (Qurd) bildirib ki, çox reklam təklifi alır. Amma o, hər reklamı qəbul etmədiyini söyləyib. Təkliflərə seçici yanaşan sənətçi qeyd edib ki, kazino, mərc oyunları, amoral (əxlaqa zidd, cəmiyyətin müsbət qiymətləndirmədiyi) və silahla bağlı reklamları qəbul etmir.
O, bir ay ərzində səhifəsində 8 "story" və 4 post paylaşmaq üçün 1500 manat tələb edir.
"Miss Azerbaijan-2019" model yarışmasının qalibi Səmra Hüseynova hazırda qiymətlərin endirimdə olduğunu deyib. Model 1000 manat qarşılığında məhsulu həm "story" bölməsində, həm də post kimi paylaşmağı vəd edir.
Aktyor, teleaparıcı İlkin Həsəninin reklam qiymətləri isə dodaq uçuqladır. Belə ki, sənətçi 555 min izləyicisi olan "İnstagram" hesabında məhsulu foto kimi paylaşmaq üçün 2000 manat, video kimi paylaşmaq üçün 3000 manat, "story" bölməsi üçünsə, 1000 manat tələb edir. Əgər reklamda İlkin Həsəninin şəxsən özünün iştirak etməsini istəsəniz, bunun üçün ona 5000 manat qonorar ödəmələsiniz. O, "Facebook"da paylaşım üçün 1500-2500 manat arası, "TikTok" üçün isə 1000 manat qonorar istəyir.
Tanınmış fitness məşqçisi Kamil Zeynallının da reklam qiymətləri heç də aşağı deyil. Belə ki, idmançı məhsulu "İnstagram" hesabında post olaraq paylaşmaq üçün 3000 manat, hekayə bölməsində paylaşmaq üçün isə 1000 manat istəyir. Bu qiymətlərə Zeynallının iştirakı olmadan sadəcə məhsulun reklamı daxildir.
Aktrisa Çimnaz Sultanova hər məhsulu reklam etmədiyini qeyd edib. Əgər məhsul və ya xidmət aktrisaya uyğun olarsa, onu həm post, həm də hekayə bölməsində paylaşmaq üçün 1500 manat ödəməlisiniz.
Şairə Nazilə Səfərli isə konkret "price list"ini öncədən bildirmir. Bunun üçün onun şəxsi nömrəsinə zəng vuraraq qiymətdə razılaşmaq lazımdır.
Əməkdar artist Rafael İsgəndərovun bloger qızı Gülarə İsgəndərova məhsulun "story" bölməsində paylaşılması üçün 100 manat, post kimi paylaşılması üçünsə, 500 manat qonorar istəyir.
Tanınmış teleaparıcı, psixoloq İlham Mirzəyev də reklam qiymətini gizli saxlamaq istəyən məşhurlar siyahısındadır. Belə ki, onun "İnstagram" səhifəsində reklam yerləşdirmək üçün əvvəlcə özü ilə şəxsən əlaqə saxlamaq, məhsul və ya xidmət barədə ətraflı məlumat vermək lazımdır. Bundan sonra o, məhsula və reklam müddətinə bağlı olaraq qiymət təklif edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya