
Kənan Hakimov: Santuşun statistikası hələ ki, uğursuzdur
Yusif Nəzərli
13:35 23.03.2025
İdman
489
Futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Haiti yığmasına məğlub olub.
Rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edən yığma 2025-ci ildəki ilk oyununda 0:3 hesabı ilə uduzub.
Rəqibin heyətində Frantsdi Pyerro (9, 63) dubl müəllifi olub. Digər qolu isə Jan Jak (83) aktivinə yazdırıb.
Millimizin heyətində 84-cü dəqiqədə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus seçməsini sınağa çəkəcək.
İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov "Sherg.az"a bildirib ki, Haiti millisi bəzilərinin düşündüyü kimi heç də zəif yığma deyil:

“FİFA reytinqində bizdən öndədirlər. Üstəlik heyətlərinə nəzər yetirdikdə Fransa, Türkiyə, Danimarka, Yunanıstan və Avropanın digər ölkələrində çıxış edən legionerlər mübarizə apardığını müşahidə etmək olar. Elə qapımıza 2 qol vuran 20 nömrəli futbolçu Pierrotun da transfer dəyəri 3.5 milyon avrodur. Hazırda Yunanıstanın AEK klubunda çıxış edən mərkəz hücumçusu yayda Sabah-a Makkabi Hayfa oyununda da dubl etmişdi. Bir sözlə rəqib heyəti Avropada çıxış edən legionerlərdən ibarət komanda idi. Bizimlə oyunda isə ardıcıl 9-cu qələbələrini qazandılar. Buna baxmayaraq bu rəqibə Sumqayıtda 0:3 hesabı ilə məğlub olmamalıydıq. Mənə görə səbəblərdən biri odur ki, Fernando Santuş millimizi hücum futbolu oynatmağa çalışmasıdır. Fikir verdinizsə oyundan sonra keçirilən mətbuat konfransında o bildirdi ki, bundan sonra daha çox müdafiədə oturub əks-hücumlara üstünlük verəcəyik. Bizim kimi futbolçu potensialı zəif olan komandaya hücum futbolu oynatmaq bir qədər çətindir. Digər məsələ məncə heyətlə bağlı seçimlərdir. Santuşun statistikası hələ ki, uğursuzdur. 7 oyundan 6-da məğlubiyyət və 1 heç-heçə. Bəlkə futbolçularla kommunikasiya ilə bağlı müəyyən problemlər var. Ola bilər martın 25-i Masazırda keçiriləcək Belarusla oyunda millimizin baş məşqçisi kimi ilk qələbəsini qazana. Ümid edirəm həm bu oyun, həm qarşıda bizi gözləyən 3 yoxlama oyunundan lazımı nəticələr çıxaracaq. Çünki bu yoxlama oyunları məhz seçmə mərhələyə hazırlıqlı olmaq üçün nəzərdə tutulub. Qrupda rəqiblərimiz isə çox güclüdür. Ona görə də qarşıdakı 3 oyunda millimizin hansı futbolu və necə oynamaq istədiyini görməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya
Pezeşkian: İran çökmədi, əksinə gücləndi
09:58 24.08.2026
Gündəm
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
09:52 24.08.2026
Hadisə
“Terrorçusuz Türkiyə” Təqib Şurası ilk iclasını keçirir
09:51 24.08.2026
Gündəm