17 yaşlı Həsrəti kim öldürdü? - Yeddi nəfər saxlanılıb
17 yaşlı Həsrəti kim öldürdü? - Yeddi nəfər saxlanılıb
12:54 22.10.2025
Hadisə
640
Bədənində zorakılıq izinə rast gəlinməyib
Türkiyənin Zonguldak vilayətinin Çaycuma rayonunda yaşayan Həsrət Akkuzu (17 oktyabr 2008-ci il təvəllüdlü) 12 oktyabrda “İstanbula gedəcəyəm, çamadan almağa çıxıram” deyərək evdən ayrılıb. Bundan sonra ondan heç bir xəbər alınmayıb.
Sherg.az xəbər verir ki, bir həftə sonra onun meyiti bir çoban tərəfindən 4 metr dərinliyindəki su quyusunda tapılıb.
İlkin ekspertizanın nəticələrinə əsasən, Həsrətin bədənində döyülmə, hər hansı bıçaq yarası aşkarlanmayıb. Hadisə yerinə yaxın kəndlərdə yaşayan yeddi nəfər saxlanılıb və dindirilməyə aparılıb.
İstintaq zamanı şok faktlar ortaya çıxıb. Məlum olub ki, Həsrət Akkuzu bir uşağa baxıcılıq edirmiş. Həmin uşağın atası Deniz Boyacı, 2001-ci ildə Konya şəhərində bir podratçını öldürərək qaçmış, üç ay sonra isə Çaycumada dörd nəfərlik bir ailəni qətlə yetirmişdi.
Boyacı həmin cinayətlərdən sonra həbs olunmuş, 2016-cı ildə azadlığa buraxılmış, daha sonra isə Konya cinayəti ilə bağlı yeni dəlillər tapıldıqda yenidən həbs edilmişdi.
Şübhəli o vaxt 17 yaşında olduğuna görə cəzası 12 ilə endirilib, lakin həbsxanadan məzuniyyətə buraxıldıqdan sonra qaçaq düşüb.
Hazırda Deniz Boyacı, uşağına dayəlik edən Həsrət Akkuzunun ölümü ilə bağlı baş şübhəli kimi axtarılır.
Saxlanılan digər yeddi nəfərin də Boyacının yaxın qohumları olduğu bildirilir.
Həsrət Akkuzunun dəqiq ölüm səbəbi isə aparılan otopsi (meyit ekspertizası) nəticəsində müəyyən ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm