Ağıllı saatlar düzgün ölçmür: Ehtiyatlı olun və həyatınızı ağıllı saatınıza görə planlaşdırmayın!
09:29 11.08.2025
Texnologiya
476
Hollandiyada aparılan bir araşdırma, ağıllı saatların stress səviyyəsini dəqiq müəyyən edə bilmədiyini üzə çıxarıb.
Sherg.az xəbər verir ki, Hollandiyanın Leiden Universitetində aparılan tədqiqat çərçivəsində 3 ay ərzində 800 gənc yetkin “Garmin Vivosmart 4” model ağıllı saatlarla izlənilib.
İştirakçılardan gündə 4 dəfə stress, yorğunluq və yuxu vəziyyətlərini bildirmələri istənilib.
Nəticədə, saatların ölçdüyü stress səviyyəsi ilə iştirakçıların öz bəyanları arasında “demək olar ki, sıfır” səviyyəsində əlaqə olduğu müəyyən edilib. Hətta iştirakçıların dörddə biri üçün ağıllı saatlar, onların stressli və ya stressiz olduqlarını bildirdikləri vaxtın tam əksini göstərib.
Araşdırmada yorğunluq ölçmələrinin stress ölçmələrinə nisbətən bir qədər daha dəqiq olduğu, yuxu müddətinin isə iştirakçıların istirahət hissi ilə daha güclü əlaqə göstərdiyi aşkar edilib.
Lakin yuxu məlumatlarının yalnız yuxunun müddətini əks etdirdiyi, yuxu keyfiyyəti barədə birbaşa məlumat vermədiyi vurğulanıb.
Klinik Psixologiya Bölməsindən dosent Eiko Fried açıqlamasında deyib:
“Ürək döyüntüsü sürətinin ölçülməsi emosional vəziyyəti müəyyən etmək üçün kifayət deyil. Ürək döyüntünüz, yalnız narahatlıqdan deyil, xoşbəxtlik və ya həyəcan səbəbindən də arta bilər.”
Fried, tədqiqat nəticələrinin geyinilə bilən cihazların zehni vəziyyətlə bağlı verdiyi məlumatlara dair mühüm suallar doğurduğunu bildirərək xəbərdarlıq edib:
“Ehtiyatlı olun və həyatınızı ağıllı saatınıza görə planlaşdırmayın. Bunlar tibbi cihaz deyil, istehlak məhsullarıdır.”
Araşdırma "Journal of Psychopathology and Clinical Science" jurnalında dərc olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya