
Hüquqşunas: Məkandan asılı olmayaraq şəxsi informasiya hər zaman qorunmalıdır
07:40 21.08.2025
Texnologiya
453
Sosial şəbəkələrdə, onlayn resurslarda reytinq xatirinə şəxsi məlumatların yayılması hüquqi məsuliyyət yaradır
Sosial şəbəkələrin geniş yayılması ilə şəxsi məxfiliyin qorunması məsələsi gündəmin əsas mövzularından birinə çevrilib. İnsanların gündəlik həyatından paylaşdığı fotolar, videolar və digər məlumatlar çox vaxt onların xəbəri və icazəsi olmadan başqa şəxslər tərəfindən istifadə olunur. Bu isə həm etik, həm də hüquqi baxımdan ciddi mübahisələr yaradır.
Türkiyənin Ali Məhkəməsi başqasının fotosunu icazəsiz paylaşmaqla bağlı mühüm qərar qəbul edib. Qərara əsasən bir şəxsin sosial şəbəkədə paylaşdığı foto onun icazəsi olmadan kopyalanaraq başqa hesabda yayıldıqda bu, artıq “ictimai məkan paylaşımı” kimi yox, “şəxsi məlumatların qanunsuz istifadəsi” kimi qiymətləndirilir.
Hadisə bir instaqram istifadəçisinin hər kəsə açıq profillərdən götürdüyü fotoları öz hesabında paylaşması ilə gündəmə gəlib. Yerli məhkəmə həmin şəxsə həbs cəzası versə də, apellyasiya məhkəməsi “fotolar açıq hesabdan götürülüb” arqumenti ilə bəraət qərarı çıxarıb. Lakin işə son nöqtəni Ali Məhkəmə qoyub: 12-ci Cinayət Kollegiyası bu davranışı Türk Cinayət Məcəlləsinin 136-cı maddəsi çərçivəsində “şəxsi məlumatların qanunsuz yayılması və ya ələ keçirilməsi” kimi qiymətləndirib.
Qərarda vurğulanıb ki, şəxsin razılığı olmadan onun fotoşəklinin paylaşılması, istər açıq profildən götürülsün, istər gizli, qanuni baxımdan şəxsi məlumatların yayılması sayılır. Beləliklə, sosial şəbəkələrdə “hamı görə bilər” düşüncəsi ilə edilən paylaşımlar hüquqi cəhətdən şəxsin məxfiliyini pozur və cinayət məsuliyyəti daşıyır.
Türk Cinayət Məcəlləsinin 136-cı maddəsinə əsasən, “şəxsi məlumatları qanunsuz olaraq başqasına verən, yayan və ya ələ keçirən şəxs iki ildən dörd ilədək azadlıqdan məhrumetmə” ilə cəzalandırılır.
Türkiyədə qəbul olunan bu yanaşma, bənzər sosial problemlərlə üz-üzə qalan Azərbaycan cəmiyyətində də müzakirələrə səbəb olub. Ölkəmizdə də sosial şəbəkələrdə icazəsiz foto və video paylaşımı geniş yayılıb və bu hal çox vaxt hüquqi məsuliyyət daşıdığı halda ictimaiyyət tərəfindən “adi hal” kimi qəbul edilir.
Bu barədə Sherg.az-a danışan hüquqşünas Əli İbrahimov isə bildirib ki, informasiya texnologiyaları inkişaf etdikcə, sosial şəbəkələrdə, internet resurslarında, eləcə də onlayn mediada insan hüquqlarının pozulması halları artır:

“Sosial şəbəkələr vasitəsilə məlumatların yayılmasından şantaj üsulu kimi istifadə edənlər də az deyil. Müasir texnologiyaların inkişafı, mobil proqramlardan istifadə tendensiyasının artımı, hüquqi savadlılığın zəif olması bəzən bir çox qanunsuz halların baş verməsinə gətirib çıxarır. Bunun isə fəsadları bir çox hallarda ağır olur.
Məkandan asılı olmayaraq şəxsi informasiya hər zaman qorunmalıdır. Bu məqamda platforma dəyişsə də, peşəkarlıq dəyişməməlidir. Onun tirajlanması bir insanın özəl həyatına müdaxilədirsə, dövlətin təhlükəsizliyi baxımdan vacibdirsə, o informasiyanın yayılması yolverilməzdir. Eləcə də sosial şəbəkələrdə, onlayn resurslarda reytinq xatirinə şəxsi məlumatların yayılması hüquqi məsuliyyət yaradır. Konstitusiyanın 32-ci maddəsi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir. Belə ki, 156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi, qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə, 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156-cı maddənin 2-ci bəndinə görə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bir şəxsin razılığı olmadan onun haqqında məlumatların yayılması hüquqi məsuliyyətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Samuxda quyuya düşən şəxs xilas edilib - VİDEO
18:26 23.05.2026
Hadisə
“Qarabağ" üç futbolçunu klubdan göndərib
18:16 23.05.2026
Futbol
Türkiyədə bələdiyyə sədri güllələnib
17:52 23.05.2026
Hadisə
Aleksandr Vuçiç Çinə rəsmi səfər edəcək
17:51 23.05.2026
Dünya
Əğyar mizrabı...
17:41 23.05.2026
Cəmiyyət
Ermənistanda seçkilərlə bağlı həbs olunanlar var
17:20 23.05.2026
Region
Qalibaf: ABŞ ilə atəşkəs dövründə İran ordusu gücünü bərpa edib
17:03 23.05.2026
Region
BMT WUF13-ü tarixi hadisə adlandırdı - ŞƏRH
16:35 23.05.2026
Gündəm
76 nömrəli ev: Atatürk və ailəsi burada yaşayıb
16:02 23.05.2026
Maraqlı
SON DƏQİQƏ: Kılıçdaroğlu partiyadaxili birlik çağırışı etdi
15:49 23.05.2026
Gündəm
Qazaxıstanlı general Azərbaycana gəldi
15:31 23.05.2026
Gündəm
Latviyada naməlum dron gölə düşərək partlayıb
15:22 23.05.2026
Dünya
Paşinyan: Xalq desə ki, Nikol qalsın, qalacaq
15:05 23.05.2026
Gündəm
Ukrayna ordusu Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
14:59 23.05.2026
Dünya
Elvin Cəfərquliyev milliyə çağırıldı
14:31 23.05.2026
Futbol
Qazaxıstan nümayəndə heyəti ölkəmizə səfər edib
14:29 23.05.2026
Gündəm
Özgür Özel CHP Qrup sədri seçildi
14:24 23.05.2026
Gündəm