
İT mütəxəssisi: “X” ictimai müzakirələr üçün mühüm platformaya çevrilir
11:39 07.08.2025
Texnologiya
599
Amerikalı iş adamı İlon Mask Azərbaycanla bağlı paylaşım edib.
"APA-Economics" xəbər verir ki, o, ölkəmiz barədə öz "X" sosial şəbəkə hesabında yazıb.
"X" artıq Azərbaycanda bir nömrəli xəbər tətbiqidir. "X" bir-bir ölkələri fəth edir", - o qeyd edib.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, doğrudan da son aylarda “X” yəni keçmiş “Twitter” Azərbaycanda xüsusilə xəbərlərin paylaşılması və ictimai mövzuların müzakirəsi baxımından daha aktiv istifadə olunmağa başlayıb:

“Lakin ümumilikdə götürdükdə, ölkəmizdə hələ də ən geniş istifadə olunan sosial şəbəkələr sırasında Instagram, WhatsApp, Facebook və TikTok öndə gəlir. Bu platformalar daha çox vizual məzmun, şəxsi əlaqə və əyləncə məqsədilə seçilir. “X” platformasının üstünlüklərindən biri odur ki, burada xəbərlər çox sürətli yayılır və ictimai məsələlərlə bağlı açıq müzakirə mühiti formalaşır. Bu platforma xüsusilə jurnalistlər, dövlət qurumları və İT mütəxəssisləri üçün vacib bir alətə çevrilib. Məsələn, operativ açıqlamalar, rəsmi məlumatlar və beynəlxalq mövzularda ilk məlumatlar bəzən məhz bu platformada görünür. Ancaq mənfi tərəfləri də var. Məsələn, “X” platformasında yayılan məlumatların bəzən dəqiqləşdirilməmiş, yoxlanmamış olması feyk xəbərlərin yayılmasına səbəb ola bilər. Bəzən istifadəçilər bu məlumatların doğruluğunu araşdırmadan paylaşır, bu da dezinformasiyanın yayılmasına səbəb olur. Eyni zamanda, platformada neqativ və aqressiv ritorika halları da müşahidə olunur. Ümumiyyətlə hər hansısa bir sosial şəbəkədən asılı olmayaraq, istifadəçilər təhlükəsizlik və məlumat doğruluğu məsələsində diqqətli olmalıdırlar. Çünki şəxsi məlumatların paylaşılması, şübhəli keçidlərə kliklənməsi və ya emosional paylaşımların yayılması hallarına görə insanlar informasiya ayıqlığı baxımından diqqətli olmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya