
Kiber hücum riski yüksəlir: Azərbaycanda təhlükə ikiqat artıb
Yusif Nəzərli
10:15 30.08.2025
Texnologiya
596
Dövlət və özəl sektorun məlumatları hədəfdədir
Azərbaycana qarşı genişmiqyaslı kiber təhdid riski müşahidə olunur və görünür ki, bu dəfə ölkəmizə qarşı həyata keçiriləcək hücumlar hərtərəfli olacaq. Xarici qüvvələrin bunun üçün əhəmiyyətli maliyyə resursları ayırdığı müşahidə edilir. Bu barədə Azərbaycan İnformasiya və Kommunikasiya
Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Sherg.az-a açıqlamasında bildirib.
Hazırda Azərbaycan teleqram seqmentinə kütləvi fişinq hücumlarının həyata keçirildiyini vurğulayan E.Abbasov qeyd edib ki, paralel olaraq, "DarkNet" forumlarında Azərbaycan dövlət qurumlarından sızan məlumatları əldə etmək istəyən şəxslər elanlar yerləşdirir:

“Kiber təhlükəsizlik sahəsində son günlər müşahidə olunan tendensiya göstərir ki, Azərbaycan vətəndaşlarına və təşkilatlarına aid məlumatlar yalnız sızma baş verdiyi anda deyil, həm də sızmadan sonra "DarkNet" və “leakdata store” forumlarında açıq şəkildə satışa çıxarılır.
Yuxarıdakı ekran görüntülərində göründüyü kimi, Leakbase[.]la kimi forumlarda “Azerbaijan Database Buyer” (Azərbaycan bazasına alıcı) başlığı altında elanlar yerləşdirilib. Bu elanlarda “Azərbaycan üzrə istənilən verilənlər bazasını alıram” kimi ifadələrdən istifadə olunur. Bu, iki əsas təhlükəni göstərir. Tələb və təklif bazarı formalaşıb. Kibercinayətkarlar Azərbaycan bazarına xüsusi maraq göstərir, çünki bu məlumatlar maliyyə fırıldaqlarında və ya sosial mühəndislik hücumlarında istifadə oluna bilər. Digər təhlükə isə məlumatların alqı-satqısının açıq şəkildə aparılmasıdır. Forumlarda şəxslər teleqram üzərindən əlaqə kanalları paylaşır ki, bu da satışın real və davamlı olduğunu göstərir”.
Təhlükənin əsas mənbələrinə gəldikdə isə ekspert qeyd edib ki, bu mənbələr dövlət qurumları, banklar, telekommunikasiya şirkətləri və özəl təşkilatların məlumatları, müştəri və vətəndaş məlumatları, korporativ hesablardır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Samuxda quyuya düşən şəxs xilas edilib - VİDEO
18:26 23.05.2026
Hadisə
“Qarabağ" üç futbolçunu klubdan göndərib
18:16 23.05.2026
Futbol
Türkiyədə bələdiyyə sədri güllələnib
17:52 23.05.2026
Hadisə
Aleksandr Vuçiç Çinə rəsmi səfər edəcək
17:51 23.05.2026
Dünya
Əğyar mizrabı...
17:41 23.05.2026
Cəmiyyət
Ermənistanda seçkilərlə bağlı həbs olunanlar var
17:20 23.05.2026
Region
Qalibaf: ABŞ ilə atəşkəs dövründə İran ordusu gücünü bərpa edib
17:03 23.05.2026
Region
BMT WUF13-ü tarixi hadisə adlandırdı - ŞƏRH
16:35 23.05.2026
Gündəm
76 nömrəli ev: Atatürk və ailəsi burada yaşayıb
16:02 23.05.2026
Maraqlı
SON DƏQİQƏ: Kılıçdaroğlu partiyadaxili birlik çağırışı etdi
15:49 23.05.2026
Gündəm
Qazaxıstanlı general Azərbaycana gəldi
15:31 23.05.2026
Gündəm
Latviyada naməlum dron gölə düşərək partlayıb
15:22 23.05.2026
Dünya
Paşinyan: Xalq desə ki, Nikol qalsın, qalacaq
15:05 23.05.2026
Gündəm
Ukrayna ordusu Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
14:59 23.05.2026
Dünya
Elvin Cəfərquliyev milliyə çağırıldı
14:31 23.05.2026
Futbol
Qazaxıstan nümayəndə heyəti ölkəmizə səfər edib
14:29 23.05.2026
Gündəm
Özgür Özel CHP Qrup sədri seçildi
14:24 23.05.2026
Gündəm