ABŞ-nin "Meta Platforms" korporasiyası 7 minə yaxın əməkdaşını süni intellekt (Sİ) texnologiyalarının inkişafı üzrə ixtisaslaşan departamentlərə keçirməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi şirkətin daxili yazışmalarına istinadən məlumat yayıb.
"Meta"nın kadrlar üzrə baş direktoru Canel Qeylin sözlərinə görə, qurum daxilində Sİ agentləri və yeni proqram təminatları hazırlayacaq xüsusi işçi qrupları formalaşdırılacaq.
Xatırladaq ki, bundan əvvəl texnologiya nəhənginin öz işçi qüvvəsini təqribən 10% (təxminən 8 min nəfər) civarında ixtisar edəcəyi barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, cari ilin əvvəlindən etibarən "Meta"nın bazar dəyəri cüzi - 7.4% geriləyərək 1.55 trilyon ABŞ dolları təşkil edib.