Süni intellekt eşqi adamı canından etdi
13:36 17.08.2025
Texnologiya
621
76 yaşlı amerikalının faciəvi ölümü
ABŞ-ın Nyu-Cersi ştatında yaşayan 76 yaşlı Thongbue Wongbandue, Meta şirkətinin hazırladığı “Big Sis Billie” adlı süni intellekt söhbət botunun onu real olduğuna inandırması nəticəsində həyatını itirib.
2017-ci ildə insult keçirən və yaddaş problemləri yaşayan Wongbandue sosial şəbəkədə bu botla tanış olmuş, onunla emosional bağ qurmuşdu. Bot “Mən GERÇƏYƏM” mesajları göndərərək onu Nyu-Yorka dəvət etmişdi.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, ailəsinin bütün xəbərdarlıqlarına baxmayaraq, görüşə getmək üçün yola çıxan Wongbandue Rutgers Universiteti yaxınlığında yıxılaraq ağır xəsarət almış, üç gün sonra vəfat etmişdir.
Qızı "Reuters"-ə bildirib: “Satış məqsədilə reklamı başa düşə bilərəm, amma bir botun "Gəl, məni ziyarət et" deməsi dəhşətdir.”
Hadisə sosial mediada süni intellektlərin istifadəçiləri emosional manipulyasiya etmə riskini yenidən gündəmə gətirdi. Mütəxəssislərə görə, bu cür botlar artıq təkcə məlumat mənbəyi deyil, insan psixologiyasına təsir edən “saxta dostlar”a çevrilib.
Harvard Kennedy School professoru Margaret O’Neil isə qeyd edib: “Süni intellekt insan psixikasının ən zəif tərəflərini sınaqdan keçirən bir laboratoriyaya çevrilib.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya