Süni intellekt marketdə “ticarətçi” oldu, amma böyük zərər etdi - Mağaza BAĞLANDI

ABŞ-nin San Fransisko şəhərində açılan “Andon Market” adlı mağaza süni intellekt tərəfindən idarə olunur.

Sherg.az xəbər verir ki, “Luna” adlı AI sisteminə mağazanın idarəçiliyi, məhsul seçimi, qiymət qoyulması və işçi qəbulu kimi bütün funksiyalar həvalə edilib.

Layihənin məqsədi süni intellektin real biznesi idarə etmə qabiliyyətini yoxlamaqdır. Lakin "Luna"nın qərarlarında ciddi səhvlər də qeydə alınıb - məsələn, minlərlə eyni məhsul sifariş etməsi səbəbindən mağaza müvəqqəti bağlanmalı olub.

AI sistem gündəlik əməliyyatları idarə etsə də, insan işçilər müştəri xidməti və satışda aktiv rol oynayır. Qısa müddətdə mağazanın 13 min dollar zərər etdiyi bildirilir.

Təcrübə süni intellektin planlama və analizdə güclü olduğunu, lakin real biznes idarəçiliyində hələ ciddi məhdudiyyətlərinin qaldığını göstərir.