Trampdan süni intellektlə bağlı sərt açıqlama: “Böyük bir yalandır”

ABŞ prezidenti Donald Tramp süni intellektin təhlükəli həddə çatmadan inkişafının yavaşladılması ilə bağlı çağırışları və bu sahədəki narahatlıqları “böyük bir yalandan ibarət” adlandırıb.

Sherg.az xəbəbər verir ki, Tramp sosial media hesabında süni intellektlə bağlı açıqlamalarını davam etdirib. O, Anthropic şirkətinin CEO-su Dario Amodeinin fikirlərinə istinad edərək, biznes tarixində hər hansı bir sahənin rəhbərlərinin öz sektorlarını iflasa sürükləyə biləcək sərt tənzimləmələr tələb etməsinin nümunəsini sorğulayıb.

ABŞ lideri süni intellektin dünyanı ələ keçirməsi və bəşəriyyəti məhv etməsi ehtimalını da rədd edib. O, bu iddiaları daha əvvəl Rusiya, Ukrayna və özü ilə bağlı aparılan “impiçment kampaniyaları” ilə müqayisə edib.

Tramp bildirib ki, süni intellekt və məlumat mərkəzləri tarixdə ən böyük iqtisadi inkişaf mühərrikinə çevriləcək. Onun sözlərinə görə, bu texnologiyanın təsiri neft, qızıl, almaz və hətta internetdən daha böyük ola bilər.