Son xəbərlər

Fransada "Google"un aktivlərinə həbs qoyulub

Fransanın məhkəmə orqanları "Google" şirkətinin ölkədəki 1.9 milyard avro (təxminən 3.8 milyard manat) dəyərində aktivlərinə qarşı həbs tətbiq ediblər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, vəkil Uilyam Jülyenin sözlərinə görə, aktivlər Rusiyanın "Google" MMC şirkətinin "Google Ireland Limited" şirkətinə qarşı qaldırdığı iddia ilə əlaqədar dondurulub.

"Məhkəmə icraçısı "Google France" şirkətinin baş ofisinə gələrək 1.9 milyard avro məbləğində təminat məqsədli həbs qərarı barədə bildirişi təqdim edib", - deyə vəkil bildirib.

Hüquqşünasın sözlərinə görə, söhbət şirkətin bank hesablarının birbaşa dondurulmasından getmir. Həbs "Google France" şirkətinin müqavilə münasibətləri çərçivəsində İrlandiyadakı bölməsi qarşısında yerinə yetirməli olduğu öhdəliklərə tətbiq edilib. Bu münasibətlərdə Fransa tərəfi üçüncü şəxs qismində çıxış edir.