Ölkədə din siyasəti konsepsiyası qəbul olunmalıdır
Yusif Nəzərli
22:27 12.10.2021
Gündəm
582
Ceyhun Məmmədov: "Qələbədən sonra bizim əsas işimiz din sahəsində təhlükəsizliyi gücləndirməkdir"
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən multikulturalizm siyasəti vasitəsi ilə ölkədə həm etnik-mədəni, həm də dini müxtəlifliklər yüksək səviyyədə tənzimlənir. Yəni multikulturalizm təkcə etnik, irqi, mədəni fərqliyi deyil, həm də bu anlayışların tərkib hissəsi olan dini müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasətdir. Assimilyasiya siyasətindən fərqli olaraq multikulturalizm milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını alır, bu dəyərləri qoruyur, bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır.
Xüsusilə də milli azlıqların cəmiyyətə inteqrasiya olmaları üçün əlverişli imkan təklif edir. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Məhz bu siyasət nəticəsində Azərbaycanda din sahəsindəki mövcud vəziyyət sabit qiymətləndirilir, dövlət-din münasibətləri yüksək səviyyədədir. Bu gün dövlət və dini icmalar arasında qarşılıqlı əlaqələr yüksələn xətt üzrə inkişaf edir, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətləri tarixi ənənə olaraq nəinki qorunur, həmçinin, bu münasibətlərin daha da dərinləşməsi istiqamətində müvafiq şərait yaradılır.
Qeyd edim ki, müasir tələblərdən çıxış edərək dini maarifçilik işinə kəmiyyət və keyfiyyət baxımından xüsusi diqqət ayrılır, maarifləndirmə tədbirlərinin geniş miqyasda aparılması təmin olunur. Bir sözlə, dövlət dini icmalara göstərdiyi qayğını günü-gündən daha da artırmaqdadır. Buna böyük tarixə malik məbədlərin təmir və bərpasının davam etdirilməsi, vətəndaşlara dini ayinlərin icrası üçün yüksək şəraitin yaradılması kontekstində əyani şahid olmaq olar. Ölkə rəhbərliyinin din sahəsində yeritdiyi uğurlu siyasət nəticəsində dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir, dövlət-din münasibətləri demokratik cəmiyyət normalarına uyğun tənzimlənir. Qeyd edək ki, bəzi ölkələrdə qanunlarla yanaşı, dövlət-din münasibətlərini tənzimləyən konsepsiya da qəbul edilib. Bəs belə bir konsepsiya Azərbaycanda da qəbul edilə bilərmi? Milli Məclisin keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov təklif edib ki, Azərbaycanda da din siyasəti konsepsiyası qəbul edilməlidir: “Prezident İlham Əliyevin Azərbaycanın yaratdığı reallığı digər qonşu ölkələrin qəbul etməsiylə bağlı bəyanatından və “Anadolu” agentliyinə müsahibəsindən sonra qonşu ölkələr tərəfindən reaksiyalar birmənalı olmadı. Deputat bildirib ki, baş verənlər bir daha onu göstərir ki, bu prosesdə din amilindən istifadə olunur: “Reallıq ondan ibarətdir ki, həmin qruplar din pərdəsi altında qarayaxma kampaniyasını davam etdirir. Qələbədən sonra bizim əsas işimiz din sahəsində təhlükəsizliyi gücləndirməkdir. Din siyasəti konsepsiyası qəbul edilməlidir. Çünki qarşıda bizi daha ciddi sınaqlar gözləyir. İndidən biz bu prosesə hazır olmalıyıq”.
Millət vəkili məsələ ilə bağlı deputat daha ətraflı bildirib ki, bu konsepsiyanın giriş hissəsində Azərbaycanın milli-mənəvi dəyərləri haqqında məlumatlar verilməlidir: "Fikrimcə, konsepsiyada bizim bu gün milli-mənəvi dəyərlərimizi nələr formalaşdırır, hansı mərhələdən keçərək bu günə gəlib çıxmışıq, hazırkı milli-mənəvi dəyərlərimizin əsas istiqamətlərini nə təşkil edir, bu gün bunun əsas istiqamətləri nələrdir və s. kimi məsələlər öz əksini tapmalıdır. Digər bir məsələ isə milli-mənəvi dəyərlərimizin qorunması, təbliği ilə bağlıdır. Hesab edirəm ki, bizi narahat edən bütün məsələlər burada öz əksini tapmalıdır. Bundan başqa hansı təhlükələr var, bu təhlükələrin qarşısını almaq üçün hansı addımlar atılmalıdır, biz hansı istiqamətdə fəaliyyətimizi, siyasətimizi davam etdirməliyik kimi bütün bu məsələlər də konspesiyada yer almalıdır. Habelə, gələcəyə hesablanmış addımlar, gələcəkdə bizi gözləyə biləcək təhlükələrdən xilas olmaq üçün biz hansı addımları atmalı olduğumuzu bilməliyik. Qısa şəkildə desək, malik olduğumuz dəyərlər, istiqamətlər, din siyasətimiz və dinin təhlükəsizliyini təmin etmək üçün hansı addımlar atmalıyıq kimi məsələlər fikrimcə, konsepsiyada öz əksini tapmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya