Qazaxda kişi dəm qazından boğularaq ölüb

Qazax rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V. Məmmədov kənddəki evdə dəm qazından boğularaq ölüb.

49 yaşlı kişinin meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.