Tramp Putinin də G20 sammitində iştirakını gözləyir

ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyinə ümid etdiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Tramp Ağ Evin həyətində keçirilən tədbirdə gələn ay baş tutacaq sammitin beynəlxalq əhəmiyyətli görüş olacağını bildirib. O, “Dünyanın ən mühüm 20 liderinin hamısı orada olacaq”, – deyə qeyd edib.

ABŞ mediası Trampın bu ifadəsini Putinin də sammitdə iştirak edəcəyinə dair gözlənti kimi şərh edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl sammitə qatılıb-qatılmayacağı ilə bağlı hələ qərar vermədiyini bildirmişdi.