FIFA Argentina millisinin 4 futbolçusunu diskvalifikasiya edib
Yusif Nəzərli
18:32 14.02.2022
İdman
590
FIFA Argentina millisinin 4 futbolçusunu cəzalandırıb.
"Report" "Sportstar"a istinadən xəbər verir ki, Emiliano Martines, Emiliano Buendiya, Covanni Lo Çelso və Kristian Romero səfərdə Braziliya yığmasına qarşı keçirdikləri 2022-ci il dünya çempionatının seçmə oyunu zamanı koronavirus qaydalarını pozduqları üçün diskvalifikasiya olunublar. Onlar ali futbol qurumunun bayrağı altında növbəti iki qarşılaşmada meydana çıxa bilməyəcəklər.
Həmçinin təhlükəsizliklə bağlı pozuntulara görə Braziliya Futbol Konfederasiyası 539 min ABŞ dolları, Argentina Futbol Assosiasiyasını isə nizam-intizam, hazırlıq və matçda iştirakla bağlı öhdəliklərə əməl etmədiyinə görə 215 min ABŞ dolları məbləğində cərimələnib. Bundan başqa, görüşün baş tutmaması səbəbindən hər iki qurumdan ayrılıqda 54 min ABŞ dolları cərimə ödəməsi tələb edilib.
FİFA İntizam Komitəsi matçın təkrar oynanılmasına qərar verib.
Qeyd edək ki, Braziliya - Argentina oyunu start fitindən cəmi 4 dəqiqə sonra yarımçıq dayandırılıb və qonaqlar meydanı tərk ediblər. Bu, meydana yerli polis və miqrasiya xidməti əməkdaşlarının daxil olmasından sonra olub. Onlar Emiliano Martines, Emiliano Buendia, Lo Çelso və Kristian Romeronu deportasiya etmək istəyiblər. Həmin futbolçular 10 günlük karantinə əməl etmədən Braziliyaya daxil olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Serbiya parlamentində ikinci gündür yeni sədr seçilə bilmir
23:32 18.11.2026
Dünya
İsrail Qəzzanın mərkəzində əməliyyata başladı
22:54 18.11.2026
Gündəm
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
22:18 18.11.2026
Dünya
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya