Azərbaycana gələn turistlərin sayında ikiqat artım var
Yusif Nəzərli
06:38 12.04.2022
İqtisadiyyat
625
“Turizm sektorunda yenidən canlanma başlayır. Bu ilin əvvəlindən qeydə alınan rəqəmlər, yanvar-mart ayları arasında ölkəyə gələn vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən iki dəfədən çoxdur”.
Oxu.Az xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.
O bildirib ki, yanvar-fevral aylarında Azərbaycana gələn vətəndaşların sayı təxminən 75 min olubsa, mart ayında gələnlərin sayı 100 minə yaxın olub:
“Ötən ilin sonu proqnozlaşdırırdıq ki, bu il üçün rəqəm 50 faiz artımla qeydə alınacaq. Lakin cari ildə qeydə alınan rəqəmlər bizim proqnozlardan da üstün oldu, ikiqat artım oldu. Böyük regionumuzu götürəndə, qlobal siyasi dəyişikliklər, münaqişələr var, bizim prioritet bazarlarımızda müəyyən siyasi gərginlik var. Bu səbəbdən daha dəqiq proqnozlar vermək çətindir. Lakin əsas odur ki, 2019-cu ildə qeydə alınan rekord rəqəmlərə bir addım da olsa, yaxınlaşırıq. Müqayisədə o rəqəmlərdən 60 faiz geriləmə var. Əlbəttə ki, Azərbaycan Turizm Sənayesi 2019-cu ildə olduğu qədər turistləri, hətta daha çoxunu qəbul etməyə hazırdır”.
K.Quluzadə onu da qeyd edib ki, postpandemiya dövrü olsa da, müəyyən qadağalar hələ də var:
“Quru sərhədlər hələ də bağlıdır, hava yolu ilə bir çox ölkələrin vətəndaşlarına Azərbaycana gəlməyə icazə verilmir. Ötən ilin yayından prioritet bazarlar üzrə bir sıra hava sərhədləri açılıb. Yenə də buna həm pandemiya dövrünün qərarları, həm də siyasi, dəyişkən dünyaya uyğunlaşan qərarlar var ki, Azərbaycana kimlər hansı yollarla gələ bilərlər. Bu məsələnin də təsiri var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial
Qərb Ermənistanı Rusiya ilə üz-üzə qoya bilər - Politoloq
16:12 17.11.2026
Gündəm
Rusiyada internet kəsilib
16:06 17.11.2026
Dünya