Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub

Sumqayıtda anbar ərazisində ölüm hadisəsi qeydə alınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində, “Embawood” şirkətinə məxsus anbarda baş verib.

50 yaşlı kişi iş zamanı qəfil halı pisləşərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.