20-dən çox avtomobil toqquşdu

Rusiyanın Perm diyarının Perm-Yekaterinburq avtomagistralında iyirmidən çox maşının qəzaya düşməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İnterfaks” agentliyi məlumat verir ki, 21 avtomobilin zədələnməsinə səbəb ərazidə müşayiət olunan kəskin dumandır.

Regionun Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, xəsarət alanlardan birinin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Sosial şəbəkələrdə isə qəzadan sonra yolda nəqliyyat axınının hərəkətində sıxlıq yaşandığı qeyd olunur.