“Mən demək olar ki, işə gedirəm. Dializ günlərini çıxmaq şərtilə. O günlərdən biri də qeyri-iş gününə təsadüf edir. Vüsalə Mahirqızı sağ olsun, şərait yaradıb. Başda Vüsalə xanım və kollektiv bilir ki, potensialımın 15 faizi ilə işləyirəm. Halbuki nələr edə bilərəm. Gözümün qarşısından mövzular keçir-gedir. Bundan başqa, maddi xərclər var, böyük pullardır ki, onları ödəmək lazımdır. Sürücüyə ayda 700 manat pul verirəm. Hər gün məni Xırdalandan Xətaiyə, işə, dializlərə aparır. Bundan başqa, baxıcıya 500 manat verirəm. Gəlir, məni oyadır, yeməyimi verir. Hamı bilir ki, tək yaşayıram. Mənim evim yoxdur. 30 illik iş stajım var, lakin evsizəm. Bir otaqlı evdə kirayədə yaşayıram, 350 manat ödəyirəm, kommunal xərcləri ilə 430-450 AZN gəlib cıxır. Ümumilikdə , bu xərclər 1600
Səbuhi Məmmədli : "Təqaüd cəhənnəmə, protez ala bilmirəm" - Məşhur jurnalist ehtiyac içində
Yusif Nəzərli
11:02 11.07.2023
Cəmiyyət
1218
Jurnalistikada ustad olmaq elə bir anlayışdır ki, kiməsə bir cümlə öyrətmək üçün auditoriyada nitq söyləməyə, onunla eyni redaksiyada çalışmağına ehtiyac yoxdur. Hər kəlmən, yazın, mətninlə də tanımadığın neçə-neçə həmkarına nələrisə öyrədə bilərsən. Səbuhi Məmmədli də mediamızdakı o şəxslərdəndir ki, özü də bilmədən neçələrinə mətn yazmağı öyrədib. Hələ redaksiyada hazırladığı tələbələri demirik...
Onun reportajları çoxuna bu janrın dərinliklərini çatdırıb. Oxucunu xəyalən hadisə yerinə aparıb, özünün danışdığı, ünsiyyətdə olduğu adamlarla görüşdürüb. Çox təəssüf ki, şəhər-şəhər, kənd-kənd, ev-ev dolaşıb ən maraqlı mözvuları işıqlandıran, Allahın belə unutduğu yerlərdən reportajlar yazıb, bizə çatdıran Səbuhi müəllim həyatın ağrılı oyunu ilə üz-üzədir.
Səhhətindəki problemlərlə mübarizə aparan ustad jurnalistin bir ayağı amputasiya edilib. Bundan başqa, böyrəyində də ciddi problemlər aşkarlanıb.
“Sherg.az” Səbuhi Məmmədlinin özü ilə əlaqə saxlayıb və hazırkı vəziyyəti ilə maraqlanıb:
“Bilirsiz ki, ayağım amputasiya olunduqdan sonra böyrəklərimdə də problem yarandı. Mən dializ xəstəsi oldum. Təssəvvür edin ki, bir ayağın yoxdur, əlil arabasındasan üstəgəl həftədə 3 dəfə dializə gedirsən. Ömür boyu səfərlərdə olan, reportajlar yazan Səbuhi Məmmədli əlil arabasına düçar olub. Belə qalmışıq ki, axırımız necə olacaq? Ötən ilin noyabr ayında əməliyyat olundum, ayağım amputasiya edilib. Təxminən 9 aydır. Həmin vaxtda bir qadın hamilə qalsa, indi doğuşa hazırlaşardı. Azərbaycanda isə 9 aya yaxındır ki, ayağımın olmadığını sübut etməyə çalışıram. Ayağımı dizdən yuxarı kəsiblər.
Binəqədi rayon Biləcəri qəsəbəsində 15 saylı poliklinika var. Bu adamlara 9 aydır ayağımın olmadığını, 8 aydır da dializ xəstəsi olduğumu sübut edə bilmirəm. Mənə olmazın arayışlar gətizdirirlər. Möhürlü, imzalı arayış verdim ki, dializ xəstəsiyəm. Həmçinin cərrah da təsdiqləyib ki, ayağım dizdən yuxarı kəsilib. Məni inandırmağa çalışırlar ki, 1-ci qrup əlillik verəcəklər. Bu qrup mənə lazım deyil, istəmirəm. Mənə bir sənəd verin ki, heç olmasa, protez qoydurub yeriyim. O qədər yalan danışırlar ki... Dostumuz Rey Kərimoğlu zəng edib ki, sən hələ təqaüd almırsan?
Deyirəm ki, yox, təqaüd cəhənnəm, protez ala bilmirəm. Sonuncu dəfə poliklinkaya gedəndə, söylədilər ki, nahaq gəlmisiz, əziyyət çəkmisiz, bizim fəxrimizsiz, adınız sistemdədir. Mən də yoxlatdım, gördüm ki, adım sistemə daxil edilməyib. Təzyiqim bir tərəfdən qalxıb, bilmirəm nə edim. Bunlar niyə belə edirlər. Nəsə ödəməyə ehtiyac varmı? Ödəyək. Axı belə olmaz. Olmur”.
Uzun illərdir “Lent.az” saytında çalışan S. Məmmədli deyib ki, səhhətindəki problemlərə baxmayaraq, işinə davam edir:
“Mən demək olar ki, işə gedirəm. Dializ günlərini çıxmaq şərtilə. O günlərdən biri də qeyri-iş gününə təsadüf edir. Vüsalə Mahirqızı sağ olsun, şərait yaradıb. Başda Vüsalə xanım və kollektiv bilir ki, potensialımın 15 faizi ilə işləyirəm. Halbuki nələr edə bilərəm. Gözümün qarşısından mövzular keçir-gedir. Bundan başqa, maddi xərclər var, böyük pullardır ki, onları ödəmək lazımdır. Sürücüyə ayda 700 manat pul verirəm. Hər gün məni Xırdalandan Xətaiyə, işə, dializlərə aparır. Bundan başqa, baxıcıya 500 manat verirəm. Gəlir, məni oyadır, yeməyimi verir. Hamı bilir ki, tək yaşayıram. Mənim evim yoxdur. 30 illik iş stajım var, lakin evsizəm. Bir otaqlı evdə kirayədə yaşayıram, 350 manat ödəyirəm, kommunal xərcləri ilə 430-450 AZN gəlib cıxır. Ümumilikdə , bu xərclər 1600
manat tutur, təsəvvür edin ki, necə dolanıram. Bir qızım var, onun qayğıları ilə məşğul olmaq, onu gəzdirmək istəyirəm. Bunları
edə bilmirəm. Ağlamaq kimi çıxmasın, lakin real situasiyadan danışıram”.
Vaqif Səmədoğlu demiş, mühit içində təpədən dırnağa kimi ümid içindəyik. Bəlkə də, bu cəmiyyətdə ümid etməkdən başqa sığınacağımız yoxdur. Bu yazımızı da ümidlə bitirək. Ümid edək ki, Səbuhi müəllimin bütün sadaladığı problemlər öz həllini tapacaq, gözünün qarşısından keçən hər mövzunu yazıb, oxucusuna çatdıra biləcək.
SÜCAYƏT MEHTİ, SAMİRƏ ƏRƏBLİNSKAYA
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya