Türkdilli Dövlətlərin Rəqabət Şurası yaradılıb
Yusif Nəzərli
07:36 25.01.2024
İqtisadiyyat
373
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbaybəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv türkdilli dövlətlərin rəqabət qurumlarının iclasına qatılmaq məqsədilə Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, tədbirdə Türkiyə Respublikasının Ticarət Nazirliyi, Türkiyə Rəqabət Qurumu, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikalarının rəqabət orqanlarının nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd “Türkdilli Dövlətlərin Rəqabət Şurası”nın təsis edilməsi, bu platforma üzərindən rəqabət orqanları arasında məlumat mübadiləsinin təmin olunması, qlobal çətinliklərlə mübarizə, rəqabət siyasəti və hüququnun inkişaf etdirilməsi, ölkələrarası inteqrasiya və regional əməkdaşlığın gücləndirilməsi olub. Tədbirdə Türkiyənin ticarət naziri Ömər Bolat, Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle və digər rəsmilər çıxış edib. İclas türkdilli dövlətlərin rəqabət qurumlarının təqdimatları və əməkdaşlıq layihələrinin müzakirəsi ilə davam etdirilib.
Təbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Türk Dövlətləri Təşkilatının quruma üzv dövlətlər arasında iqtisadi, mədəni və siyasi əlaqələrin inkişafında rolunu vurğulayıb. Daha sonra Azərbaycanda rəqabətin qorunması və təkmilləşdirilməsi istiqamətində Dövlət Xidmətinin təşəbbüsü ilə hazırlanan Rəqabət Məcəlləsində yer alan tənzimləmə müddəalarından söz açılıb. Bildirilib ki, Məcəllə ölkədə biznes və investisiya mühitinin inkişafına və səmərəliliyin artırılmasına töhfə verəcək. Vurğulanıb ki, Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər bazar subyektləri və istehlakçıların mənafelərinin qorunması, rəqabətli iqtisadi mühitin inkişafı, keyfiyyət sahəsində cəmiyyətin rifahının təmin olunmasına hədəflənib.
İclasın sonunda rəqabət qurumlarının rəhbərləri tərəfindən “Türkdilli Dövlətlərin Rəqabət Şurası” nın təsis edilməsinə dair sənəd imzalanıb və eyniadlı Şuranın yaradılması elan edilib. Bundan əlavə, tərəflər Türkdilli Dövlətlərin Rəqabət Şurası çərçivəsində Şuşa şəhərində Rəqabət Forumunun keçirilməsinə dair razılığa gəliblər.
Səfər çərçivəsində, həmçinin Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle arasında ikitərəfli görüş keçirilib. Görüşdə qardaş ölkə ilə ticarət əlaqələri və əlverişli investisiya layihələrinin həyata keçirilməsində sağlam rəqabət mühitinin önəmindən bəhs edilib. Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış və yenicə təsdiq olunmuş Rəqabət Məcəlləsində biznes və rəqabət mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar barədə məlumat verilib. Hər iki qurumda kadr potensialının inkişafı məqsədilə əməkdaşların uzunmüddətli qarşılıqlı olaraq iş prosesinə cəlb olunması, rəqabət sahəsində məlumat bazasının inkişaf etdirilməsi üçün nəzəri və praktiki baxımdan təcrübə mübadiləsi istiqamətlərində razılıq əldə edilib.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək məqsədi daşıyan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya