Niki Minaja Ağ Evdə vəzifə "təklif edildi!"

Ağ Evin kommunikasiya direktoru Stiven Çunq amerikalı rep ifaçısı Niki Minaja zarafatla administrasiyanın mətbuat katibi vəzifəsini təklif edib.

Sherg.az Teleqraf-a istinadən xəbər verir ki, Çunq bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Xanımlar və cənablar, düşünürəm ki, biz Ağ Evin yeni mətbuat katibini tapmış ola bilərik!” – deyə o yazıb.

Çunq paylaşımında Minajla keçirilən zarafat xarakterli “iş müsahibəsinin” videosunu da yayımlayıb. O, ifaçıdan seçki kampaniyası zamanı Prezident Donald Trampdan daha çox çalışan birinin olub-olmadığını soruşub.

“Əlbəttə, yox. O, ayaqlarını masanın üstünə qoyub sadəcə istirahət edə bilərdi. Amma yox, o, irəliləməyə davam edir”, – deyə Minaj cavab verib.