
İlahiyyatçı: Dini baxımdan müsəlman olaraq ölən şəxsin əşyası və geyimi pak sayılır
13:33 31.01.2024
Sosial
1724
İnsanların bir çoxu, doğmaları həyatını itirdikdən sonra, onların geyimlərini saxlayır və yaxud istifadə edirlər.
Bəs ölən insanın geyimlərindən istifadə etmək düzgündür?
Mövzu ilə bağlı "Sherg.az"a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, ölünün paltar və əşyalarını saxlamaq, istifadə etmək günah deyil:

"Əsasən keçmişdə insanların maddi durumu daha ağır olduğu zamanlar ölülərin geyimini istifadə edirdilər. İndi buna bir qədər ehtiyac yoxdur. Enerji baxımdan ölünün həmin paltarda və ya əşyada təsiri qalır. Əgər ölü halallıq verməyibsə, onun paltarını, əşyalarını istifadə edən şəxsin aqibəti xeyirli olmaya bilər. Buna dair sınaqlar da var. Dini baxımdan isə müsəlman olaraq ölən şəxsin əşyası və geyimi pak sayılır. Varisləri istifadə edə bilər. Ancaq kafir olaraq ölənin geyimi murdar sayılır. Çünki Quranda kafirlər nəcis adlandırılır. Əgər kimsə istifadə edəcəksə, pak edib istifadə etmək olar. Əksər insanlar avtomobil alır və sonra dünyasını dəyişir. Bu zaman ölmüş adamların maşınlarının hamısını əritmək lazımdır? Təbii ki, bu doğru deyil. Ancaq bəzi deyimlər və sınaqlar var ki, onun haqda düşünmək olar. Məsələn, ölmüş adamlar ilə şəkil çəkdirən şəxslər sonra problemlərlə üzləşirlər. Ona görə dinimizdə şəkil doğru sayılmır. Elə mənfi enerjili adamlar var ki, onların paltarı və şəkili də xətalıdır. Ona görə ehtiyac yoxdursa, ölmüş adamın əşyaları yaxınları tərəfindən istifadə edilməsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks