Fazil Mustafa: "Səsi küydən ayırmayanların öz səsi ola bilməz! Həmişə küyə gedəcəklər"
09:18 20.08.2025
Aktual
962
"Turistlər sadəcə təlxəklik ediblər və bəlkə də izah olunsaydı ki, bura hər bir azərbaycanlının həssas məkanıdır, bu cür meymunluğa rəvac verməzdilər"
"Videodan da görünür ki, bu işi qanmazlıqdan ediblər və qanuna uyğun da cəzalarını alacaqlar"
"Hansısa hadisəyə kütləvi baxışa heç vaxt aldanmayın. Məsələn, Qarabağ məsələsinə ənənəvi erməni baxışı ilə siyasətçi Nikolun baxışı kökündən fərqlənir. Adam deyir ki, erməni Qarabağa qayıtsa yenə də separatizm ocağı yarada bilər və Ermənistan dövləti yenə də bütün enerjisini bu separatizmi dəstəkləməyə yönəldərək müstəqilliyini təhlükəyə soxar. Haqlı deyilmi? İndi xəstə erməni cəmiyyətinə bunu izah etmək asan deyil ki?".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa deyib.
Deputat bildirib ki, indi bizdə də eyni vaxtda müqayisə aparmağa və ibrət almağa dəyər iki hadisə baş verdi:
"Birincisi, Azərbaycan polisi Şəhidlər Xiyabanında təlxəklik edib klip yayınlayan üç turisti (ərəbi deyil ha!) saxladı. İkincisi isə yaxalarında İranın dini lideri Xameneyinin şəkillərini vurub ehsan paylayan 5 azərbaycanlı qadını polisimiz saxladı. Hər iki addıma görə haqlı olaraq vətəndaşlarımız polisimizi təqdir etdi. İndi gələk işin mahiyyətinə. Bu turistlər sadəcə təlxəklik ediblər və bəlkə də izah olunsaydı ki, bura hər bir azərbaycanlının həssas məkanıdır, bu cür meymunluğa rəvac verməzdilər. Yəni videodan da görünür ki, bu işi qanmazlıqdan ediblər və qanuna uyğun da cəzalarını alacaqlar. Ancaq bir gerçək var ki, bu üç turistin burada uyuyan şəhidlərin ölümündə yaxından-uzaqdan əlaqəsi olmayıb. Sosial şəbəkədə bu qədər sərt ritorika da anlaşılandır, ancaq digər bir hadisə ilə müqayisədə küyün boğazdan yuxarı olduğunu sezməyə bilmirsən. Baxın, bu qəhrəmanlarımızın böyük əksəriyyəti birbaşa və ya dolayı yolla ermənilərə qarşı Vətən savaşında şəhadətə qovuşublar. Bu savaşda ermənilərə açıq və birmənalı dəstəyi qonşu ölkədən Xameneyi, Qasım Süleymani və başqa dini-siyasi rəhbərlər verib. Demək ki, şəhidlərimizin qanı bilavasitə bu dəstəklə tökülüb. O halda yaxasından onun şəklini asıb ağam deyənlər, ona mərceyi-təqlid obrazında itaət edən azərbaycanlılar şəhidlərimizi daha çox təhqir edib, yoxsa bir neçə təlxəklik edən turist?".
Parlament üzvü vurğulayıb ki, ikinci hadisə birincidən çox az etiraz doğurdu, hətta mediada belə ciddi işıqlandırılmadı:
"Unutmayın, bu qadınları düşmənin şəkillərini döşündən asdırıb yolunuza çıxaranlar, ilk fürsətdə müstəqil dövlətimizə zərbə vurmaq üçün istifadə edəcəklər. Minlərlə ziyarətə gedib dini duyğuları üzərindən verbovka olunmuş azərbaycanlılar var, bunların içində qadınların sayı da az deyil. Şəhidləri təhqir edənlərin sırası yalnız bunlarla məhdudlaşmır. O azərbaycanlı ki, hələ də dərk etmirsə onun təhlükəsiz şəraitdə yaşamasının səbəbkarı məhz şəhidlərimiz və qazilərimizdir, bu da onlara hörmətsiz yanaşma deyilsə, bəs nədir? Adam görmədiyi, bilmədiyi, ordan-burdan nağıllarla beyninə oturtduğu tarixi-mifik şəxslər üçün əməlli-başlı sitəm edir, yeri gələndə terror törədir, Azərbaycan davasının şəhidlərinə yönəlik eyni duyğuları yaşamır. Şəhid deyəndə, yalnız əlində silah tutub döyüşənləri nəzərdə tutmuram. Həm də əlində qələm, beynində elm, qolunda güc toplayıb Azərbaycan uğruna ömrünü fəda etmiş şəxsiyyətləri düşünürəm. Ona görə də səsi küydən ayırmayanların öz səsi ola bilməz! Həmişə küyə gedəcəklər, küyə!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm