Əlçatan dərman yox, insanlar narazıdır - Komitə sədri
14:04 15.09.2025
Gündəm
303
Əhliman Əmiraslanov bildirib ki, icbari tibbi sığorta ilə bağlı problemlər qalmaqdadır
"Əhalinin sağlamlığının qorunması haqqında” qanunun yenidən işlənməsinə ehtiyac var". Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri bildirib ki, bu qanun 20 ildən çoxdur ki, qəbul edilib, yenidən işlənməsinə ehtiyac var: "Bu istiqamətdə Səhiyyə Nazirliyi ilə birgə fəaliyyətimiz davam edir. Çox güman ki, yeni qanun qəbul ediləcək".
"Dərmanların keyfiyyəti, əlçatanlığı və qiymətləri cəmiyyəti narahat edir"
Əhliman Əmiraslanov deyib ki, dərmanların keyfiyyəti, əlçatanlığı və qiymətləri cəmiyyəti narahat edir. Komitə sədri bildirib ki, icbari tibbi sığortadan insanların məmnunluğu get-gedə artır, amma yenə də problemlər qalmaqdadır: “Ona görə də “Tibbi sığorta haqqında” qanuna dəfələrlə dəyişikliklər edilir. Dərman vasitələrinin keyfiyyəti, əlçatanlığın cəmiyyəti narahat edən məsələdir. Seçicilər görüşlərdə dərmanların qiymətlərindən də narazılıqlarını bildirirlər”.
Rezidentura haqqında yeni Əsasnamə hazırlanır
Komitə sədri Əhliman Əmiraslanov deyib ki, rezidentura haqqında yeni Əsasnamə hazırlanır, dəyişikliklər olacaq. O bildirib ki, hazırda yan ixtisaslar rezidenturada yoxdur: “Ancaq bu gün Türkiyədə, dünyada mövcud olan qanunlara əsasən, kimsə onkoloq olmaq istəyirsə, cərrahiyyə üzrə rezidenturaya gedir, bitirəndən sonra yan ixtisas kimi 1-3 il ərzində təhsilini davam etdirir. Azərbycanda da elə ola bilər. Onkoloq radioloq, döş qəfəsi, beyin üzrə onkoloq kimi ixtisaslar olacaq. Səhiyyə Nazirliyində artıq bu istiqamətdə iş gedir. Maaşlarla bağlı məsələ də yeni Əsasnamədə öz əksini tapacaq”.
"Rezidentlərin maaşı həkimlərin tarif maaşına bərabərdir"
Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib ki, rezidentlərin maaşı həkimlərin tarif maaşına bərabərdir. Şöbə müdiri rezidentlərin maaşının az olması barədə iddialara da münasibət bildirib: "Nazirlər Kabinetinin 2024-cü il 6 sentyabr tarixli qərarı ilə hər bir təhsil alan rezidentə düşən illik vəsait 5600 manatdan 8600-ə qaldırılıb. Onların aylıq vəzifə maaşı həkimlərin tarif maaşına bərabərdir, yəni bu rəqəm hazırda 550-575 manat arasındadır. Bu da onların dərəcələrinə görə dəyişir. Həkimlərin də tarif maaşı 550-700 manat arasındadır”.
"İlkin səhiyyənin gücləndirilməsi vacibdir"
Millət vəkili Soltan Məmmədov deyib ki, ilkin səhiyyənin gücləndirilməsi vacib məsələlərdən biri olaraq qalır. O bildirib ki, əsas maraq doğuran məsələ insanların tipi xidmətə əlçatanlığının təmin olunmasıdır: "Bu baxımdan ilkin səhiyyə ilə bağlı dinləmə artıq öz nəticəsini verir". Deputat bildirib ki, vərəmlə bağlı keçiriləcək dinləmə də payız sessiyasında ən vacib tədbirlərdən biri olacaq: "Vərəmlə bağlı biz həm beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik, həm də bugün artıq TƏBİB-də yeni mərkəz yaradılıb. Eyni zamanda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu fəaliyyəti göstərir. Bunların fəaliyyətinin koordinasiyasına gəlincə, biz Ümumdünya Səhiyyə Təşkilatının aktiv üzvü kimi onların tövsiyələrini icra edirik. Ona görə də vərəmlə bağlı keçiriləcək dinləmə bu payız sessiyasında vacib məsələlərdən biri olacaq. Təkcə o dinləmələri təşkil etmək deyil, sonradan qəbul olunan qərarları monitorinqini də keçirmək mümkündür".
Komitə sədri Əhliman Əmiraslanov qeyd edib ki, gələcəkdə də səhiyyənin ən vacib problemləri ilə bağlı dinləmələri keçirməyə davam edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya