Benfika" Mourinyo ilə danışıqlara başladı
Yusif Nəzərli
05:54 17.09.2025
İdman
428
Portuqaliyanın “Benfika” klubu baş məşqçi postuna Joze Mourinyonu gətirmək niyyətindədir.
Teleqraf “A Bola” nəşrinə istinadən xəbər verir ki, tərəflər son saatlarda intensiv danışıqlar aparır.
Klub prezidenti Rui Kostanın əsas məqsədi 25 ildən sonra Mourinyonu yenidən “qırmızılar”ın sükanı arxasına qaytarmaqdır. Bu halda portuqaliyalı mütəxəssis artıq şənbə günü çempionatın 6-cı turunda “Vila das Aves”də komandanı idarə edə bilər.
Mütəxəssis özü də “Benfika”ya qayıtmaq arzusundadır. Mourinyonun klubun hazırkı idman direktoru Mario Branko ilə “Fənərbağça”dakı əməkdaşlığı da üstünlük kimi dəyərləndirilir.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”a 2:3 hesabı ilə məğlubiyyətdən sonra “Benfika” baş məşqçi Bruno Lagenin istefasını rəsmən açıqladı. Mourinyo 1999-cu il sentyabrın 23-də “Benfika”da baş məşqçi kimi debüt edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4 metrlik timsah gənc qadına hücum etdi: Son arzusu ürək dağladı
17:33 18.07.2026
Hadisə
Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərlənib, 21-i uşaqdır
16:57 18.07.2026
Dünya
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib
16:48 18.07.2026
Hadisə
Ermənistanın xeyrinə gizli plan hazırlanır? - ŞƏRH
16:43 18.07.2026
Gündəm
ABŞ-nin İrana zərbələri: Ölənlərin sayı 50-yə çatıb
16:11 18.07.2026
Gündəm
DÇ-2026: Bürünc medal uğrunda İngiltərə – Fransa dueli
15:55 18.07.2026
Futbol
Xameneinin ilk beynəlxalq təması Putinlə ola bilər
15:07 18.07.2026
Gündəm
“Real Madrid” Rodri transferi üçün qərarını dəyişdi
14:46 18.07.2026
Futbol
İran: ABŞ bazalarına yeni zərbələr endirmişik
14:40 18.07.2026
Dünya
Hakan Fidan Qətərə rəsmi səfər edəcək
14:34 18.07.2026
Dünya
“Qarabağ”ın oyunu italiyalılara həvalə olunub
14:32 18.07.2026
Futbol
DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
14:03 18.07.2026
Hadisə
Livan Prezidenti Trampla danışıqlar aparmaq üçün ABŞ-a səfər edib
13:37 18.07.2026
Dünya