ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı

ABŞ Senatına seçilən ilk müsəlman senator, demokrat Əbdül əs-Sayed Ermənistana xüsusi simpatiyası ilə tanınır.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, Əl-Səid seçkiqabağı kampaniyasında ABŞ-dakı Erməni Milli Komitəsinin (ANCA) ona dəstəyini qiymətləndirib:

“Bu mübarizədə ANCA-nın dəstəyini almaq mənim üçün böyük şərəfdir. Miçiqan erməniləri ştatımızın dəyərli bir hissəsidir. Tramp administrasiyasının Azərbaycana hərbi yardım göstərilməsinə qeyd-şərtsiz razılıq verməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Miçiqan ştatından gələcək senator kimi erməni xalqının sülhünü, ləyaqətini, təhlükəsizliyini və öz müqəddəratını təyin etmək hüququnu müdafiə edəcəyəm”.

Qeyd edək ki, müsəlman-ərəb, həmçinin fələstinlilərin türk, Azərbaycana əleyhinə çıxışları, həqarətləri ilk deyil.