
“3+3” formatı işləyəcəkmi? – Sabiq müşavir:“Ümid azdır, lakin...”
“3+3” formatı işləyəcəkmi? – Sabiq müşavir:“Ümid azdır, lakin...”
Yusif Nəzərli
14:58 08.06.2022
Aktual
723
Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqların yekunlarına dair mətbuat konfransı keçirib. Rusiya XİN başçısı Cənubi Qafqaz üzrə “3+3” formatında əməkdaşlıq platformasının növbəti iclasının baş tutacağını açıqlayıb. O, bildirib ki, ikinci iclas yaxın vaxtlarda keçiriləcək.
“Biz Cənubi Qafqazda işləri necə davam etdirəcəyimiz barədə razılığa gəldik, bilirsiniz ki, Türkiyənin təşəbbüsü ilə 3+3 formatı yaradılıb. İlk iclası Moskvada keçirdik, gürcü həmkarlarımız iştirak edə bilmədilər, amma vurğulayırıq ki, biz həmişə onları görməyə şad olarıq. Növbəti görüş hazırlanır və ümid edirəm ki, çox yaxın zamanda bu görüşün keçirilməsi barədə açıqlama verə biləcəyik”, - deyə S.Lavrov bəyan edib.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli S.Lavrovun açıqlamasına münasibət bildirib. O, “Sherg.az”a açıqlmasında bildirib ki, buradakı ölkələrin hansı mövqe tutacağını təxmin etmək çətin deyil:
“3+3” formatının görüşü öncədən Azərbaycan və Türkiyə tərəfindən müzakirə olunub. Budan sonra daha yaxşı formatlar ortaya çıxıb. Söhbət Avropa İttifaqının təqdim etdiyi formatdan gedir. Çünki biz prosesə daha obyektiv yanaşa biləcək tərəflərin formatda olmasını istəyərdik. İranın hansı mövqe tutacağını təxmin etmək olar. Rusiya “aləm məşhurudur”. Bütün formatlarda Rusiya Azərbaycanın əleyhinə hərəkət edir. Azərbaycanla yanaşı, Türkiyənin də əleyhinə çıxışlar edir.
Gürcüstanı isə bu formata gətirmək mümkün olmayacaq. Çünki Gürcüstan təcavüzkar Rusiya ilə bir masa arxasına oturmaq istəmir. Burada yalnız rəsmi Bakı ilə Ankaranın mövqeyi konstruktivliyi ilə fərqlənir. Rusiya, Ermənistan və İran demək olar ki, bütün məsələlərdə eyni mövqedən çıxış edəcək”.
Politoloq qeyd edib ki, indiki vəziyyətdə formatın gələcəyi haqqında konkret nəsə söyləmək olmaz:
“Ümidim az olsa da, format haqqında birmənalı fikir söyləmək asan deyil. Gürcüstan formatda iştirak etsəydi, qüvvələr nisbətində tarazlıq olacağını düşünüb, nələrsə gözləmək olardı. Amma indiki şəraitdə vəziyyət müəyyən qədər qarışıq və perspektivsiz görünə bilər. Lakin hadisələri qabaqlamayaq, görək ikinci görüş baş tutacaqmı.
Amma ortada Avropa Birliyi var. Birlikdən də, onun təşəbbüslərində də imtina etmək olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi