ABŞ-Azərbaycan münasibətlərində yeni dönəm başlayıb
Yusif Nəzərli
06:02 08.06.2022
Aktual
631
Vaşinqton üçün regionda ən məqbul ölkə Azərbaycandır
Prezidentin köməkçisi Hikmət Hacıyev ABŞ-da səfərdədir. Səfər çərçivəsində Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla və Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb. Prezidentin köməkçisinin Amerika dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə görüşü də gözlənilir. Rəsmi Vaşinqton son illər ərzində Azərbaycana qarşı mövqeyini kəskin surətdə dəyişib.
Təsadüfi deyil ki, ilin əvvəlindən bu günə qədər ABŞ Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə üç təbrik məktubu göndərib. Ekspertlərin firkincə, indiki məqamda rəsmi Vaşinqtonun Bakıya marağının artmasının bir neçə səbəbi var. 44 günlük müharibə sonrası Azərbaycanın Cənubi Qafqazda siyasi reallıqları əsaslı surətdə dəyişib. Azərbaycan NATO-nun aparıcı ölkələrindən olan Türkiyə ilə münasibətlərini ittifaq səviyyəsinə qədər yüksəldib. Türkiyə-İsrail münasibətləri 15 ildən sonra yenidən normallaşma mərhələsinə qədəm qoyub. Rəsmi Bakı iki ölkə münasibətlərinin normallaşmasında pərdəarxası vasitəçi ölkə idi. Digər yandan ABŞ başa düşür ki, Avropa İttifaqının Rusiya qazından birbaşa və ya tədricən imtinası mümkün deyil. Buna görə də alternativ ölkələrə ehtiyac var.
Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, Vaşinqton üçün ən məqbul ölkə məhz Azərbaycandır. Analitikə görə, Azərbaycanın TAP və TANAP kimi enerji layihələrini müharibə reallıqlarına baxmayaraq, qısa zamanda yekunlaşdırması Vaşinqtonun diqqətindən yayınmayıb:
“Hikmət Hacıyevin çantasında birdən çox mövzunun olduğunu demək olar. Rəsmi Bakı Baydenin təbrik məktubu üzərindən verdiyi mesajlara bu səfərlə müsbət baxdığını qarşı tərəfə çatdırır. Təbii ki, Azərbaycanın hər mövzuda ABŞ-la ortaq düşünmədiyi də aydındır. Rəsmi Bakı xarici siyasətinin prioriteti olan balans siyasətindən imtina etmək istəmir. Daha fərqli desək, ABŞ-ın Qərb blokuna qoşulmur. ABŞ supergüc ölkədir və bütün sahələrdə imkanları genişdir. Rəsmi Bakı üçün belə bir ölkə ilə münasibətləri inkişaf etdirmək vacibdir. Bununla belə Hikmət Hacıyevin Ceyk Sallivanla görüşü əsnasında müzakirə edə biləcəyi bir sıra spesifik mövzular var. Avropa İttifaqının Rusiya qazından birbaşa və ya tədricən imtinasının mümkün olmadığını başa düşən ABŞ Azərbaycanın Avropaya qaz nəqlini artırmasını istəyir. Ancaq Bakının mövcud imkanları Vaşinqtonun istəklərini qarşılamır. Xüsusilə, TAP və TANAP layihələrinin indiki potensialı buna uyğun deyil. Hesab edirəm, bu istiqamətdə Qərbin texnologiya və investisiya dəstəyinə ehtiyac var”.
T.Rzayev qeyd edib ki, iki ölkə arasında münasibətlərin inkişaf etməsi fonunda rəsmi Bakı Vaşinqtondan “907-ci düzəliş”i ləğv etməsini istəyə bilər:
“Düzdür, “907-ci düzəliş”ə müvəqqəti moratorium qoyulub. Amma bu, düzəlişin büsbütün ləğvi mənasına gəlmir. Rəsmi Bakı ilk növbədə qadağanın tamamilə ləğvi istiqamətində səyləri artırmalıdır. Vaşinqtonun qərarı rəsmi Bakının balans siyasətinə təsir edə bilər. Azərbaycan bərpa prosesi fonunda Qərb və ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərə investisiya qoymasında maraqlıdır. Bu məsələnin də tərəflər arasında müzakirə edilməsi mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi