
"ABŞ Azərbaycanın strateji əhəmiyyətini təsdiqləyir"
Yusif Nəzərli
13:30 02.06.2022
Aktual
701
44 günlük Vətən müharibəsindən sonra dünya ölkələrinin, super dövlətlərin Azərbaycana diqqəti artıb. Amerika lideri Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub da bu qəbildəndir. Belə ki, C.Baydenin fikirlərinə görə, ABŞ ilə Azərbaycan 30 illik diplomatik münasibətlər dövründə transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaşdır. Dünyada enerji təhlükəsizliyinin təminində mühüm dönüş nöqtəsi yaşanır. Amerima da uzunmüddətli öhdəliklərin təmini üçün zəruri investisiya və dəyişikliklər edir.
C.Baydenin qənaətincə, Azərbaycan da enerji təhlükəsizlihi ilə bağlı regional səylərdə əsas rol oynayıb:
"Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır".

Tərəflərin münasibətini "Sherg.az"a dəyərləndirən millət vəkili Fazil Mustafanın fikirlərinə görə, tərəfdaşlığın yüksək səviyyədə olması göndərilən məktubdan da aydınlaşır:
"Azərbaycanın strateji əhəmiyyəti ABŞ tərəfindən təsdiqlənir. Azərbaycanla Amerikanın münasibətlərinin inkişafı baxımından qət edilən yola nəzər salınması onu göstərir ki, biz öz prinsiplərimiz qoruyaraq bütün güclü dövlətlərlə normal münasibətləri qurmağı bacaran ölkələrdən biriyik.
Bütövlükdə əlaqələrin mahiyyətində də bu dayanır. Gələcəkdə də əlaqələrin genişlənməsi önəmlidir. Bütün dövlətlərlə , xüsusilə, böyük güclərlə münasibətlərimizin öz maraqlarımıza uyğun təmini üçün çalışmalıyıq.
Terrora qarşı mübarizədə, enerji təhlükəsizliyi və digər məsələlərdə birgə layihələrdə iştirakımız bundan sonrakı əlaqələrin də genişləncəyini göstərir. Hər iki tərəfin faydası üçün müəyyən addım atılması müşahidə olunacaq”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi