ABŞ-ın Azərbaycanda sərmayəsi var
ABŞ-ın Azərbaycanda sərmayəsi var
Yusif Nəzərli
12:34 11.06.2022
Aktual
462
Ona görə Vaşinqton burada sabitliyin pozulmasında maraqlı deyil
“Qarabağ münaqişəsi zamanında ABŞ-ın Azərbaycan üzərində təzyiq alətləri yaratması üçün bir-sıra fəaliyyəti müşahidə edilirdi. Azərbaycanda isə hakim olmasa da, əsas fikir xətti bu idi - Qərb Azərbaycanda rəngli inqilab təşkil etmək və sabitliyi pozmaq istəyir”. Bu fikirləri “Şərq”ə açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, hazırda Ağ Ev administrasiyası dünyaya baxış bucağını yox, yalnız onun üsulunu və icra tərzini dəyişdirib, çünki rəngli inqilablar ABŞ üçün əlavə xərclər yaratmışdı: “İndi Azərbaycan-ABŞ münasibətlərinin prioritetlərini iqtisadi tellərlə əlaqələri möhkəmləndirmək təşkil edir. Bu da təhlükəsizlik sferasındakı əməkdaşlığa daha da irəliyə doğru format vermək ehtiyacını yaradır. ABŞ səfiri Örl Litzenberger həmin formulu təxmini bu cür dilə gətirib. ABŞ-ın Azərbaycanda sərmayəsi olduğundan burada sabitliyin pozulmasında maraqlı deyil. Cənab səfir Rusiya ilə Azərbaycanın münasibətlərinin inkişaf etməsini yaxşı hal kimi dəyərləndirdi. Amma əlavə etdi ki, Rusiya postsovet məkanı üçün təhdid yaratmaqda davam edir. Amerika hesab edir ki, gələcəkdə regionda hər hansı təhdid olacağı təqdirdə, təhlükə altına düşən ölkələri öz çətiri altında mühafizə etmək üçün mənbələr formalaşdırmaq lazımdır. Təhlükəsizlik müstəvisi üzərindəki ikitərəfli əməkdaşlığın yeni ideyalarla inkişaf etdirilməsi daha çox enerji resursları ilə əlaqədardır. Yəni Azərbaycanın yerləşdiyi coğrafi mövqe və iqtisadi-siyasi əhəmiyyəti Avropanın enerji xəritəsini dəyişmək üçün Qərbə əlverişli faydalar gətirir. Nəticə etibarı ilə Azərbaycanla ABŞ təhlükəsizlik fazasında yeni mexanizmlərin formalaşdırılmasını danışıqlar masasında müzakirə edir. Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin enerji resurslarına artan tələbatı Azərbaycana xarici investisiyaları təşviq edir.
Amma investisiyanın həcminin artırılması, bir az da dəqiq desək, ABŞ-ın işğaldan azad edilmiş ərazilərə sərmayə yatırması ilə bağlı Bakı-Vaşinqton xəttində mübahisəli məqamlar var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi