ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi İraqa getdi

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri İraqa səfər edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, Cefri İraqda İŞİD-lə mübarizədə iki ölkənin gələcək əməkdaşlığını müzakirə edəcək. Onun İraqdakı yüksək vəzifəli şəxslərlə görüşəcəyi və İraq Kürd Muxtar Vilayətinə səfər edəcəyi bildirilib.