“ABŞ prezidenti Azərbaycan liderinin çoxşaxəli fəaliyyətini alqışlayır”
Yusif Nəzərli
14:53 01.06.2022
Aktual
625
“ABŞ prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktub hər şeydən öncə iki ölkə arasında mövcud olan qarşlıqlı münasibətlərin yüksək səviyyədə olmasının təsdiqidir”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, bu, son günlərdə ABŞ Prezidenti tərəfindən Azərbaycan Prezidentinin ünvanına göndərilən ikinci məktubdur:
“Bu da özlüyündə ayrıca əhəmiyyət kəsb edir. Çünki iki ölkənin hazırki mürəkkəb tarixi şəraitdə zəruri əməkdaşlıq çağırışları bütövlükdə region və Avropanın təhlükəsizliyi baxımından xeyli dərəcədə aktualdır. Şübhəsiz, bu aktuallıq hələ əsası ötən əsrin əvvəllərində böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası ilə şərtlənir. Ancaq sonrakı mərhələdə “Əsrin müqaviləsi” kimi səciyyələndirilən neft konsorsiumunun Qərbin enerji təhlükəsizliyinə verdiyi töhfələr Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən Cənub Qaz dəhlizi layihəsi ilə daha da strateji əhəmiyyət qazanmış oldu. Bütün bu tipli digər regional əməkdaşlıq platformaları isə ABŞ-ın fəal dəstəyi və iştirakçılığı ilə gerçəkliyə çevirildi. Avropada enerji təhlükəsizliyi tarixin heç bir dönəmində olmadığı qədər təhdidlərə məruz qaldığı bir vaxtda Azərbaycanın həyata keçirdiyi alternativ enerji təhlükəsizliyi kəməri xüsusi əhəmiyyət kəsb edir. ABŞ prezidentinin məktubunda da önə çəkilən əsas məsələlərdən biri bununla bağlıdır. İki ölkə hazırda vaxtilə aldıqları uzaqgörən və perspektivli qərarın icra edilməsinin və regional əməkdaşlığa verdiyi mühüm töhfələrin təntənəsini yaşayır”.
Parlament üzvü vurğulayıb ki, ABŞ-Azərbaycan münasibətləri təkcə enerji sektorundakı əməkdaşlıqla məhdudlaşmır:
“Əməkdaşlıq daha geniş və daha rəngarəng spektri əhatə edir. Buraya qlobal terrorizmə qarşı mübarizədən tutmuş, elm, təhsil, insan hüquqları və azadlıqları da daxil olmaqla hərbi-siyasi sahədə əməkdaşlığa qədər olduqca çoxşaxəli istiqamətlər daxildir. Ona görə də ABŞ prezidenti bu mühüm istiqamətlərə toxunaraq iki ölkənin əməkdaşlığının yüksək səviyyədə olmasını təyin edən siyasəti yəni Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini alqışladığını bildirir. ABŞ tərəfindən bu siyasətə sadiq qalınacağını ifadə edir. Eyni zamanda Azərbaycanın regionda sabitləşdirici rol oynadığı xüsusi vurğulanır. Bu kontekstdə Ukraynaya edilən humanitar yardım faktoruna xüsusi diqqət çəkilir. Şübhəsiz, iki ölkə arasında münasibətlərin ABŞ prezidenti tərəfindən belə yüksək qiymətləndirilməsi Azərbaycan- ABŞ münasibətlərinin olduqca müsbət perespektivlərini də təyin edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi