ABŞ Rusiyaya qarşı təzyiqlərini gücləndirəcək

ABŞ müttəfiqləriylə birgə Minsk razılaşmasını icra etməsi üçün Rusiyaya təzyiqlərini gücləndirmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti yayıb. Vaşinqton ABŞ-ın Ukraynanın suverenliyinə dəstəyinin dəyişməz qaldığını bildirib.

Departamentin açıqlamasında Ukraynanın Donbas üzərində suverenliyinin tam bərpa edilməsi gərəkdiyi bildirilib.