AFFA-nın vitse-prezidenti: “Avropadakılar “Qarabağ”dan qorxurlar”
AFFA-nın vitse-prezidenti: “Avropadakılar “Qarabağ”dan qorxurlar”
11:16 06.10.2023
Aktual
476
“Qarabağ” bizim qürurumuzdur. Dünən bir daha sübut olundu ki, Avropadakılar bu komandadan qorxurlar”.
Bunu “Report”a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov “Qarabağ”ın UEFA Avropa Liqasındakı çıxışı barədə danışarkən deyib.
64 yaşlı mütəxəssis Azərbaycan çempionunun “Hakken”i İsveçdə 1:0 hesabı ilə məğlub etdiyi qrup mərhələsinin II turunun matçını dəyərləndirib: “Dünən meydanda müdrik “Qarabağ” izlədim. Uğurlu nəticə əldə etmək üçün etibarlı oyun sərgilədilər və lazım olan qolu vurdular. Avrokuboklarda rəqiblər “Qarabağ”a qarşı getdikcə daha məsuliyyətlə hazırlaşırlar”.
V.Sadıqovun fikrincə, ilk iki turda hesabına 6 xal yazdıran Ağdam təmsilçisi minimum UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib: “Qarabağ” pley-offa vəsiqə yolunda inamlı addımlar atır. Bu komandanın matçı zamanı tabloya ən sonda baxıram. Çünki “Qarabağ” sərgilədiyi oyunla pley-offa layiq olduğunu göstərir. Fikrimcə, Konfrans Liqasının pley-offuna vəsiqə, demək olar ki, təmin olunub. Ancaq əminəm ki, hədəf bundan da böyükdür - yola Avropa Liqasında davam etmək. “Hakken”lə evdə və “Molde” ilə səfərdə keçiriləcək görüşlər bu baxımdan çox önəmli olacaq”.
Milli assosiasiya rəsmisi “Qarabağ”ın III və IV turlarda üz-üzə gələcəyi Almaniya “Bayer 04”ü ilə görüşlərinə də toxunub: “Bayer 04”ü qrupun aşkar favoriti sayıram. Amma “köhlən atlar”ın “alman maşını”na qarşı gücünü sınaması və nəyə qadir olduğuna baxmağımız çox maraqlı olacaq. “Qarabağ”ın leverkuzenlilərlə qarşılaşmalarda da simasını itirməyəcəyinə inanıram”.
Qeyd edək ki, “Qarabağ” qrupda növbəti oyununu oktyabrın 26-da Almaniyada “Bayer 04”ə qarşı keçirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya