Çində güclü zəlzələ oldu

Çinin qərbindəki Tibet muxtar bölgəsində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat deyib.

Zəlzələnin episentri 30.000 nəfərin yaşadığı Naqçu qraflığından 200 km şimal-şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib.