Ağstafanın icra başçısı və müavini həbs edildi

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və müavini həbs edilib.

İcra başçısı Nizaməddin Məhəmməd oğlu Quliyev və müavini Ramiz Tatarov ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Nizaməddin Quliyev aprelin 5-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Azərbaycanda Rayon İcra Hakimiyyətinin (RİH) başçısı tutulub.

APA-nın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Ağstafa RİH başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov saxlanılıb.

Onların ötən gecə saxlanılaraq Bakıya gətirildiyi, evlərində axtarış aparıldığı bildirilir.

RİH-nin digər işçilərinin ifadələrinin alındığı barədə də məlumatlar var.

N. Quliyevin və müavinin külli miqdarda rüşvətə görə saxlanıldığı bildirilsə də, hələlik dəqiq məlumat verilmir.

Əməliyyat barədə rəsmi orqanlar heç bir açıqlama yaymayıb.

Bununla bağlı ilk məlumatı BakuPost.az yayıb.