Akardan MESAJ:"Bakı ilə İrəvan arasında müharibə başlaya bilər"

Türkiyənin Müdafiə naziri Hulusi Akar İrəvanla Bakı arasında yeni eskalasiya təhlükəsinin olduğunu bildirib.
Bakupost.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Akar sül sazişinin imzalanması nə qədər yubanarsa, yeni münaqişə riskinin bir o qədər yüksək olduğunu qeyd edib.
"Vəziyyət qeyri-sabitdir və get-gedə sülh sazişinin tezliklə imzalanmasına ümidimiz sönür. Hazırda münaqişə dondurulsa da, razılaşmanın uzadılması ilə hərbi əməliyyatların bərpası təhlükəsi artır", - Hulusi Akar vurğulayıb.