Alimdən SOS ! - “Borçalı türkləri dilimizi unudur" - Məktəblər yaradılsın !
14:21 11.01.2021
Aktual
674
“BDU-nun Qazax filialında heç olmaya Borçalıdan olan abituriyentlər üçün ildə 25 nəfərlik qrup təşkil edilsin”
“Tiflisdəki soydaşlarımızı itirmişik, onlar ümumiyyətlə, dilimizi unudublar”
“Ya Tiflisdə , ya da Qazaxda Azərbaycandilli məktəblər açıslın”
Gürcüstanda yaşayan həmvətənlərimizin Azərbaycan dilində təhsil alması hüququ tanınır. Soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə Heydər Əliyev tərəfindən qoyulub və bu istiqamətdə tədbirləri Prezident İlham Əliyev davam etdirir.
Azərbaycandilli məktəblərdə dərslik problemini aradan qaldırmaq üçün Təhsil Nazirliyi hər il Gürcüstana dərsliklər göndərir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib ki, müəllimlərin yaşlanması ilə bağlı Azərbaycandilli məktəblərdə çatışmazlıqlar var. Konfransda Gürcüstan-Azərbaycan birgə ali məktəblərinin yaradılması məsələsinə də toxunulub.
Gürcüstanda rəsmi rəqəmlərə görə, 350 mindən çox azərbaycanlı yaşayır və Azərbaycandilli məktəblərin qorunması, birgə ali məktəblərin yaradılması hava və su kimi vacibdir.
Mövzu ilə bağlı "Sherg.az"a danışan tarixçi-alim Kərəm Məmmədov bildirib ki, Gürcüstan hökuməti ilə danışıqlar aparılmalı və məktəblər yaradılmalıdır:
"Borçalı” Cəmiyyətinin sədri olanda dəfələrlə demişdim ki, mütəxəssislərin 80 faizi 70 yaş həddindədir. Bir millətin tədrisini, məktəbini əlindən aldınsa, deməli, canını, şüurunu da əlindən alırsan. Ona görə kütləvi şəkildə gürcü dilli məktəblərə axın var. Üstəlik kadrları təmin etmək üçün gəlib burda imtahan verə bilmirlər. Çünki tədris proqramı fərqlidir.
Biz o vaxt təklif etmişdik ki, BDU-nun Qazax filialında heç olmaya Borçalıdan olan abituriyentlər üçün ildə 25 nəfərlik qrup təşkil edilsin. Biz Tiflisdəki soydaşlarımızı itirmişik, onlar ümumiyyətlə, dilimizi unudublar.
Gürcüstandakı soydaşlarımız üçün ya Tiflisdə , ya da Qazaxda Azərbaycandilli məktəblər yaradılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya