AMEA prezidenti: “İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır”
Yusif Nəzərli
10:44 28.11.2022
Aktual
340
“İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır”.
Bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, İran mahiyyət etibarilə türk dövlətidir:
“İran adlandırılan dövlətə ən qədim dövrlərdən başlayaraq Səlcuqilər, Xarəzmşahlar, Qəznəvilər, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Teymurilər, Səfəvilər, Əfşarlar, Qacarlar kimi Azərbaycan-türk sülalələri hökmdarlıq ediblər. Fars şovinistləri ayrı-ayrı dövrlərdə, xüsusən də XX əsrdə İranda rəhbərliyi zəbt ediblər. Əsrlər boyu İranda ümumi ünsiyyət dili, heç də mövcud rejimin bəyan etdiyi kimi fars dili deyil, həmişə Azərbaycan-türk dili olubdur. İndi də Tehran, Məşhəd və başqa böyük şəhərlərdə müxtəlif millətlərin nümayəndələri bir-birləri ilə ünsiyyət yaratmaq üçün Azərbaycan dilində danışırlar”.
İ.Həbibbəyli xatırladıb ki, fars dili məhdud rəsmi dairələrin, Azərbaycan dili isə İranda yaşayan bütün xalqların ortaq ünsiyyət vasitəsidir:
“Buna baxmayaraq, dünya azərbaycanlılarının lideri, Prezident İlham Əliyevin haqlı olaraq dediyi kimi, İranda məktəblərdə tədris olunmadığı üçün Azərbaycan dili məqsədli şəkildə “məişət dili səviyyəsinə endirilib”. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ana dili olan Azərbaycan dilinə süni yollarla çoxlu sayda ərəb-fars sözləri, yad izafət tərkibləri daxil edildiyi üçün orada dilimizin qrammatik quruluşu, bədii üslubu, danışıq dili xüsusiyyətləri ciddi yadlaşdırılma təsirlərinə məruz qalıb”.
“İran rejiminin Azərbaycan dilinə bu cür təcavüz etməsi orada yaşayan azərbaycanlıların dilinin qorunub-saxlanılmasını təhlükə altına salıb. Bütün bunlara görə İranda orta və ali məktəblərdə Azərbaycan dili mütləq sistemli və davamlı şəkildə tədris olunmalıdır. Azsaylı ermənilər üçün məktəblər, radio və kilsələr açan, qəzetlər çap edən İran İslam Respublikası çoxmilyonlu azərbaycanlıların ana dlində təhsil almaq hüququnu tanımalıdır. İranda yaşayan 35 milyondan çox azərbaycanlının ana dilində təhsil almaq hüququndan məhrum edilməsi insan haqlarına və ümumiyyətlə insanlığa tamamilə zidd olan qəbuledilməz hadisədir. Cənubi azərbaycanlıların hüquqları bərpa olunmalı, haqq etdikləri bütün azadlıqlar onlara verilməlidir”, - AMEA-nın prezidenti əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alyaska sahillərində güclü zəlzələ baş verib
15:25 25.04.2026
Hadisə
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
15:11 25.04.2026
Futbol
Müğənni Elçin Cəfərov artıq dəvətlərə qatılmayacaq
14:58 25.04.2026
Şou
Xankəndidə üç marşrut xətti istifadəyə verilib
14:27 25.04.2026
Qarabağ
"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır" - Vüqar Əbdülov
13:51 25.04.2026
Şou
Meloni İspaniyanın NATO-dan çıxması ehtimalına münasibət bildirdi
13:41 25.04.2026
Dünya
Sabah Azərbaycanda 24 dərəcəyədək isti olacaq
13:32 25.04.2026
Ekologiya
Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?
13:14 25.04.2026
Futbol
Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb
12:55 25.04.2026
Dünya
"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi" - Nərgiz
12:39 25.04.2026
Şou
Bığları ilə gündəm oldu - “Yaraşdığı üçün uzatdım”
12:23 25.04.2026
Cəmiyyət
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
12:17 25.04.2026
Ekologiya
ABŞ-İran görüşü baş tutacaqmı? - Ən böyük maneə açıqlandı
11:30 25.04.2026
Gündəm