
Analitik: Ermənistan “bəy dediyin nədir, bəyənmədiyin nədir” prinsipi ilə hərəkət edir
08:42 18.03.2025
Aktual
431
Azərbaycanın səbri isə bir yerə qədərdir və ermənilərin şıltaqlıqlarına göz yummaq məcburiyyətində deyil
Ermənilər və azərbaycanlılar başqa ölkələrdə bir-biri ilə dostluq edirlər. Bu sözləri Ermənistanın “Mülki Müqavilə” fraksiyasının üzvü Arsen Torosyan erməni mediasına müsahibəsində deyib. Torosyan bildirib ki, bir çox ölkədə - Gürcüstanda, Rusiyada - ermənilər və azərbaycanlılar həm də bir-biri ilə dostluq edirlər və mən bunda qəbahət görmürəm. Axı Ermənistanı və Azərbaycanı buradan köçürmək olmaz və biz, bəli, qonşularımızla heç olmasa, münaqişəsiz münasibət qurmaq istəyirik. Torosyan “Bakıya turist səfərinə gedərmi” sualına belə cavab verib: “Bəli, vəziyyət bunu mümkün edəcək qədər əlverişli olsaydı, təbii ki, gedərdim, biz də onları burada qarşılayardıq”. O, sülh müqaviləsi imzalandıqdan sonra diplomatik münasibətlərin də qurulacağını qeyd edib: “Sənəd imzalanandan sonra Ermənistanda Azərbaycan, Azərbaycanda Ermənistan səfirliyi açılacaq. Niyə də açılmasın?”
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, Ermənilərin dedikləri ilə etdikləri arasında həmişə böyük bir uçurum mövcud olub:

“Onlar bir tərəfdən barış, sülh və dinc qonşuluqdan danışsalar da, digər tərəfdən atəşkəsi pozaraq yeni təxribatlara yol açırlar. Bu siyasət Ermənistanın illərdir davam etdirdiyi riyakar davranışın bir göstəricisidir. Azərbaycan uzun illər boyu Ermənistana dinc qonşuluq şəraitində yaşamağı təklif edib və qarşılıqlı anlaşmaya çağırıb. Bakı dəfələrlə bəyan edib ki, münaqişə və düşmənçilik siyasəti bölgədə heç bir xalqa fayda vermir. Lakin Ermənistanın rəhbərləri, eləcə də erməni cəmiyyətində “erməniçilik” xəstəliyindən əziyyət çəkən insanlar Azərbaycanın xoş niyyətini vaxtında düzgün qiymətləndirə bilmədilər. Əksinə, onlar işğalçılıq siyasətini davam etdirərək Azərbaycan torpaqlarını illərlə qanunsuz şəkildə nəzarətdə saxladılar və sonda 2020-ci ildə ağır məğlubiyyətə düçar oldular”.
Ekspert qeyd edib ki, Bütün bunlar göstərir ki, Ermənistanın siyasi rəhbərliyi “bəy dediyin nədir, bəyənmədiyin nədir” prinsipi ilə hərəkət edir:
“Bir tərəfdən sülh danışıqlarında iştirak etdiklərini bildirir, digər tərəfdən isə müxtəlif yollarla atəşkəsi pozur və yeni gərginliklər yaradır. Azərbaycanın səbri isə bir yerə qədərdir və ermənilərin şıltaqlıqlarına göz yummaq məcburiyyətində deyil. Buna görə də Torosyan da başda olmaqla ermənilərin fikir babaları öz dövlətlərinə, ordusuna və onun içində olan üçüncü qüvvələrə öz yerini göstərməlidirlər və onlara Azərbaycanla zarafatların pis nəticə verəcəyini anlatmalıdırlar. 2020-ci ilin sentyabrın 27-də belə zarafat etmişdilər və nəticəsi bütün dünyaya bəllidir. Buna görə də ermənilər daha ağıllı davranmalıdır ki, Azərbaycanın təmkinini pozmasınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya