Anar Qasımlı: "Dövlət metronu açırsa, bu o demək deyil ki, pandemiya bitib"
Turan
09:13 07.06.2020
Aktual
1619
“Hər kəs özünə sual verməlidir ki, əgər, bu ölkənin Prezidenti tibbi maskadan istifədə edirsə, mən niyə istifadə etməyim?”.
Bunu “Sherg.az”a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunün müdiri Anar Qasımlı deyib.
A.Qasımlı bildirib ki, Prezident İlham Əliyev bununla şəxsi nümunə göstərdi və təhlükə barədə mesaj verdi:
“Pandemiya elə bir mövzudur ki, burada iqtidar-müxalifət, vəzifəli-işsiz, varlı-kasıb söhbəti yoxdur. Hamı pandemiya qarşısında bərabərdir. Hər kəs tibbi maskadan istifadə etməlidir. Görünən odur ki, böyük əksəriyyət koronavirus pandemiyasının real təhlükə olmasına inanmır və bunu oyun hesab edir. Oyun demişkən, fikrimcə, bu düşüncədə olanlar öz sağlamlıqları və həyatları ilə oyun oynayırlar. “Koronavirus yoxdur”, “məqsəd maska satmaqdır”, “virus kafedə var, metroda yoxdur?” və s. deyənlərin söylədikləri gəlişi gözəl sözlərdir. Dövlət insanları aylarla evdə saxlaya bilməz, metro və digər ictimai nəqliyyat vasitəsininin fəaliyyətini aylarla dayandıra bilməz. Bu nə hüquqi, nə iqtisadi, nə də sosial baxımdan mümkün deyil. Həyat davam edir. Məhdudiyyətlər daimi olmadığı kimi, birdən-birə aradan qaldırıla bilməz. Dövlət metronu açırsa, bu o demək deyil ki, pandemiya bitib. Metrodan istifadənin yeni şərtləri müəyyən edilib. İctimai-iaşə müəssisələrinin fəaliyyətinə qismən məhdudiyyət tətbiq edilib, toy şənliklərini, yas mərasimlərini məhdudlaşdırıb. Dövlət çalışır ki, insanlar yoluxma təhlükəsi daha çox olan yerlərdə az olsunlar. Belə yerlərdə olduqda isə, maksimum qorunsunlar”.
Vəkil vurğulayıb ki, bəzi adamlar apteklərdə 30 qəpiyə satılan maskanın qiymətindən narazıdır. Amma o narazı insanların çoxu hər gün ən azı bir qutu siqaret çəkir:
“Siqaretin orta qiymətinin 3 manat olduğunu qəbul etsək, bu, 10 ədəd maskanın pulu deməkdir. Orta statistik ailənin 5 nəfərdən ibarət olduğunu düşünsək, hər ailə üzvünə gündə 2 maska düşür. Necə olur ki, sağlamlığınıza ziyan olan siqaretə ürəklə pul xərcləyə bilirsiniz, amma sağlamlığınızı qoruyan tibbi maskalara pul vermək istəmirsiz?! Ötən gün metroda polis əməkdaşları ilə sərnişinlər arasında yaranan qarşıdurmanı oradakı qadınlardan biri "kiçik qələbə" adlandırdı. Əslində isə, bu böyük rəzalət idi. Bu hamının hamıya qarşı məsuliyyətsizliyidir. Pandemiya şəraitində ancaq tibbi maskalardan istifadə faydalı ola bilər, başqa növ maskalardan istifadə yersizdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya