Anar Xəlilov: Tək dövlətimizin deyil, cəmiyyətin də şəhid və qzilərimizə münasibəti ön planda olmalıdır
Turan
11:33 27.12.2020
Aktual
834
“Ümummilli lider Heydər Əliyev zamanında Birinci Qarabağ müharibəsində şəhid olmuş əsgərlərimizin ailələrinə və qazilərimizə dövlət qayğısı daim diqqətdə saxlanılıb. Ölkə başçısı İlham Əliyevin 17 illik prezidentliyi dövründə də bu siyasət davam etdirilib”.
Bunu “Sherg.az”a açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə İctimai” birliyinin sədri Anar Xəlilov deyib.
QHT rəhbəri bildirib ki, ötən illər ərzində şəhid ailələri, qazilərimizə dövlətin maddi və mənəvi dəstəyi daha da artırılıb:
“Demək olar ki, bütün şəhid ailələri evlə təmin olunub, aylıq müavinət təyin edilərək ailə üzvlərinə verilib. Qazilərimiz ev, avtomobil, torpaq sahələri, müavinətlə təmin olunub. Şəhid ailələrinin övladlarının dövlət hesabına təhsil almasına imkan yaradılıb. 11 min manat birdəfəlik müavinət şəhid ailələrinə ödənilib. Hesab edirəm ki, 44 günlük Vətən müharibəsinin iştirakçıları, şəhid və qazilərimiz də hazırda qanunvericilikdə nəzərdə tutulan bütün güzəştlərdən istifadə hüququndan yararlanacaq. Bundan əlavə artıq yeni təkliflər də aidiyyəti orqanlar tərəfindən hazırlanır. Yaxın gələcəkdə bu qanunların təsdiqinin şahidi olacağıq. Bütün şəhid ailələri və qazilərimiz üçün nəzərdə tutulan müavinət və pensiyaların miqdarı bir neçə dəfə artırılacaq. Şəhid və qazilərimizin övladlarının ali təhsil alması və dövlət hesabına maliyyələşməsi istiqamətində də yeniliklər olacaq. Eyni zamanda şəhid ailələrinin və qazilərimizin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət proqramında dəyişiklik ediləcək”.
A.Xəlilov vurğulayıb ki, tək dövlətimizin deyil, cəmiyyətin də şəhid və qzilərimizə münasibəti ön planda olmalıdır:
“İş adamlarımızın nümunəvi addımlarının şahidi oluruq. Eyni zamanda bələdiyyə orqanları da bu məsələdə çox aktiv olmalıdır. Dünya praktikasında bələdiyyələrin bu sahədə daha fəal iş apardığı məlumdur. Prezident tərəfindən yaradılan YAŞAT Fondunun yaradılması da müsbət addımdır. Sahibkarlar, adi vətəndaşlarımız həvəslə Fonda pul köçürür. Artıq Fond qısa zamanda şəhid ailələrinin problemlərinin həllinə başlayıb. Bundan sonra da qayğı və diqqət siyasəti davam edəcək. Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial rifah halının yüksəldilməsi prioritet olaraq saxlanılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya