
Ankara Qərblə hələ tam anlaşmayıb
Yusif Nəzərli
08:55 07.07.2022
Aktual
410
Avropa və ABŞ Türkiyəyə qarşı fəaliyyət göstərən terrorçulara dəstəyini dayandırmalıdır
"Həm daha təcavüzkar Rusiya, həm də FETÖ-yə qarşı birlikdə mübarizə aparmaq lazımdır". Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq İsveçin və Finlandiyanın xarici işlər nazirləri ilə görüşündə deyib. Baş katib Türkiyə, Finlandiya və İsveçə tutduqları konstruktiv mövqeyə görə təşəkkür edib. O, Madrid sammitində imzalanan üçtərəfli sənədə işarə edərək terrora qarşı mübarizənin prioritet olduğunu bildirib: “Ağıl və qəlb fəth etməyin ən yaxşı yolu həm daha aqressiv Rusiya, həm də FETÖ terroru ilə qarşılaşdığımız bütün təhlükəsizlik təhdidlərinə qarşı birlikdə mübarizə aparmaqdır”. Qeyd edək ki, Türkiyə NATO-ya üzv olmaları üçün İsveç və Finlandiyadan terrorçu PKK-çılara ölkədə sığınacaq verməməsi və onların fəaliyyəti üçün şərait yaratmamasını tələb edir. Rəsmi Ankara İsveçdən 73 terrorçunun təhvil verilməsini istəyir.
Məlumat üçün onu da bildirək ki, Finlandiyanın Xarici işlər naziri Pekka Haavisto və İsveçin XİN başçısı Ann Linde ölkələrinin NATO-ya üzvlüyü barədə protokolu imzalayıblar. Alyansın baş katibi Yens Stoltenberq həmin ölkələrin təşkilata üzvlüyünün rəsmi olaraq başlandığını elan edib. Deyib ki, bundan sonra hərbi blok daha da güclənəcək. Stoltenberqin sözlərinə görə, üzvlük prosesi normal vaxtdan daha tez, 1 ay müddətində başa çata bilər. Ekspertlərə görə, proseslərin nə ilə nəticələnəcəyini indidən demək çətindir. İsveç və Finlandiyanın Alyansa üzv olmaları NATO-nun maraqlarına uyğundur. Ən azından ona görə ki, təşkilat bir qədər də güclənəcək. Digər tərəfdən bu addım Rusiyanı növbəti dəfə aqressivləşdirəcək. İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən sonra yeni cəbhənin açılması da mümkündür.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə açıqlamasında deyib ki, İsveç və Finlandiyanın NATO üzvlüyünə bir addım yaxınlaşması bu dövlətlərin tam və bərabərhüquqlu üzv olması anlamına gəlmir. Ekspertin fikrincə, neytrallığa meyilli olan Finlandiya və neytral dövlət olan İsveçin sürətlə hərbi bloka daxil olmaq istəkləri başadüşüləndir:
“Rusiya Prezidenti V.Putin heç bir norma və qayda gözləmədən sərhəd qonşularına qarşı ideoloji və hərbi-siyasi taktika yürüdür. Hadisələrin inkişafı göstərir ki, Putinlə heç bir anlaşma mümkün deyil və münaqişə tərəflərdən birinin tam kapitulyasiyası ilə nəticələnəcək. Avropa və ABŞ Ukrayna-Rusiya müharibəsinə iki böyük qüvvənin qarşılaşması prizmasından yanaşaraq, Ukraynaya canlı qüvvə istisna olmaqla hər cür yardım edir. Bu dəstəyi sona qədər edəcəklər. Şübhəsiz, müharibə genişlənərək aktiv fazaya keçəcəyi təqdirdə NATO-nun canlı qüvvə ilə müdaxiləsi qaçılmaz ola bilər. O zaman hərbi blokun əsas qüvvəsi sayılan Türkiyə dövriyyəyə girmək məcburiyyətində qalar.
Qərbin Türkiyə ilə münasibətlərində olan gərginlik ərəfəsində Ankara bundan imtina edərsə, Avropa Rusiyanın tapdağı altında qalar. Ona görə də hörmətli Ərdoğanın İsveç və Finlandiya qarşısına şərt qoyması doğru tələbdir. İsveç və Finlandiyanın Türkiyənin tələblərini qəbul etməsi və Stolberqin Türkiyənin dövlət maraqlarının əleyhinə çaışan təşkilatın fəaliyyətini məhdudlaşdırmaq barədə bəyanatı qanunauyğundur. Qərb ölkələrinin sözünü tutub-tutmayacağı yaxın həftələrdə bilinəcək. Ancaq Türkiyənin iki ölkəyə “yaşıl işıq” yandırması hələ prosesin yekunlaşması anlamına gəlməməlidir.
Qərar NATO-ya üzv ölkələrin parlamentlərində ratifikasiya olunmalıdır. Avropaılar və ABŞ Türkiyəyə qarşı fəaliyyət göstərən terror qruplaşmalarına dəstəyi dayandırmasa, qərar Türkiyənin parlamentində təsdiqlənməyə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi