Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 187 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə Naxçıvan Sahibkarlığın İnkişafı Fondu məlumat yayıb.
Bildirilib ki, Fond tərəfindən 2026-cı ilin yanvar-sentyabr ayları ərzində maliyyələşdirilmiş güzəştli kredit məbləğinin 56,1 faizi kənd təsərrüfatı, 28 faizi sənaye, 15,9 faizi isə xidmət sahələrinə yönəldilib.