Anti-Azərbaycan planları pozuldu
Yusif Nəzərli
07:25 06.10.2023
Aktual
413
Azərbaycan və Türkiyə liderlərinin fransız-alman-erməni ittifaqına "yox" deməsi tamamilə doğru addımdır
Məlum olduğu kimi, İspaniyanın Qranada şəhərində Fransa, Almaniya, AB, Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilirdi. Azərbaycan rəhbərliyi görüşdə Türkiyə liderinin iştirakını təkid etmiş, Fransa və Almaniya isə buna qarşı çıxmışdı. Buna görə də Azərbaycan nümayişkaranə surətdə görüşdən imtina etdi. Türkiyə mediası da Prezident R.T.Ərdoğanın “xəstə olduğu üçün” İspaniya səfərindən imtina etdiyini, AKP-nin qrup toplantısının isə təxirə salındığını yazmışdı. Lakin dünən Ərdoğan ictimaiyyət qarşısına çıxıb və hakim partiyanın Ankaradakı qərargahına gəlib. Görüntülərdə Ərdoğanın sərbəst şəkildə maşından düşdüyü, partiya üzvləri ilə görüşdüyü və sonra iclasın keçiriləcəyi binaya daxil olduğu görünüb. Bu da Ərdoğanın xəstə olmadığını, İspaniya səfərindən qəsdən imtina edildiyini nümayiş etdirir. ABŞ Dövlət Departamentinin rəsmisi Vedant Patel bildirib ki, Prezident İlham Əliyevin Qranadada planlaşdırılan görüşdə iştirak etməyəcəyi barədə məlumatlı olublar: “Biz bəyan etmişik ki, uzun müddətdir davam edən bu münaqişənin həlli üçün Ermənistan və Azərbaycan arasında dialoq lazımdır. Dövlət katibi və digər şəxslər bu məsələ ilə fəal məşğul olurlar və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.
Siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Azərbaycan və Türkiyə liderlərinin fransız-alman-erməni ittifaqına "yox" deməsi tamamilə doğru addımdır. Ekspertin sözlərinə görə, həmçinin rəsmi Bakının Türkiyənin də sözügedən görüşdə iştirakını tələb etməsi mükəmməl taktiki gediş kimi qiymətləndirilməlidir: "Bu addım düşmənlərimiz üçün həqiqətən də gözlənilməz oldu və onları pis vəziyyətdə qoydu. Fransa kimi ədalətsiz bir ölkənin yer aldığı, Türkiyənin isə iştirak etmədiyi görüşdən imtina etmək Azərbaycanın müstəsna haqqıdır. Tərəfsizliyini və neytrallığını erməni lobbisinin maraqlarına qurban vermiş Fransanın yer aldığı görüşlərdə iştirak etməyin heç bir anlamı və perspektivi yoxdur. Lokal antiterror tədbirlərinin Qarabağdakı mənfur separatçı rejimin çöküşü ilə nəticələnməsi hazırda Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaradıb. İndi bölgədə qalıcı sülhün təmin olunması şərtlərini istisnasız olaraq məhz Azərbaycan diktə edir. Fransa və Almaniyanın birmənalı olaraq Ermənistanın mövqeyindən çıxış edəcəyi və Azərbaycana haqsız təzyiqlərin ediləcəyi görüşdən imtina edilməsi rəsmi Bakının diktə hüququnu özündə saxladı. Eyni zamanda Makron-Şolts-Paşinyan üçlüyünün anti-Azərbaycan planları pozuldu. Ermənistan və onun havadarları Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcburdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya