Aşotyan: "Serj Nikolu xilas etdi"

Ermənistan Baş naziri Nikol Paşinyan eks-prezident Serj Sərkisyanın siyasi irsindən Qarabağ danışıqlarında xilasedici dairə kimi istifadə edir.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

“Son 1,5 il ərzində Paşinyan-Mnatsakanyan cütlüyü böhrandan və fəlakətdən qaçmaq üçün yenidən Serj Sərkisyan və Edvard Nalbəndyanın hazırladığı danışıqlar paketindən xilasedici dairə kimi yapışıb. Zöhrab Mnatsakanyanın Bratislavadakı son çıxışını analiz edərkən Edvard Nalbəndyanın danışdığı təəssüratı yaranır. Bəs o zaman niyə 1,5 il xərcləyib, danışıqlar mövqeyi dağıdılmalı idi? Serj Nikolu xilas etdi”, – deyə o bildirib.